Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan ordusu acınacaqlı vəziyyətdədir - Video

Ermənistanda siyasi pərakəndəlik fonunda orduda da vəziyyət acınacaqlıdır.

“Yeni Sabah” Xezerxeber.az-a istinadla xəbər verir ki, Ermənistanın Azərbaycanın ZəngilanQubadlı rayonları ilə sərhədində yerləşən Sünik vilayətində yerləşən erməni hərbçiləri texniki-təminat baxımından olduqca ağır durum yaşayırlar.

İkinci Qarabağ müharibəsində güclü və rəşadətli Azərbaycan ordusu tərəfindən sarsıdıcı zərbə alan Ermənistan ordusunun son halı budur. Ölkədə hökm sürən xaos, siyasi pərakəndəlik vəziyyəti eyni zamanda orduda da fərqli deyil.

Müharibədə hərbi texnika, silah-sursatla yanaşı canlı qüvvə baxımından da ağır itkilərə məruz qalan Ermənistan hökuməti ağır vəziyyətini və itkilərini gizlətməyə çalışsa da, nəticə göz qabağındadır. Ermənistan ordusu o qədər ağır itkilərə məruz qalıb və o qədər acınacaqlı vəziyyətdədir ki, hazırda sərhəddə xidmətə cəlb etmək üçün sanballı hərbçi tapa bilmir.


Sərhəd bölgəsində yaşlı, xəstə və əldən düşmüş şəxslər, həmçinin qadınlar xidmət edir. Hətta vəziyyət o yerə çatıb ki, xidmətə yaşlı din xadimləri də cəlb edilir.

Sərhəddə yerləşən erməni hərbi birləşmələrinin maddi-texniki təminatı da yox səviyyəsindədir. Burada xidmət edən hərbçilər nəinki normal qida ilə təmin edilmir, hətta yatmağa yer də tapa bilmir və beton döşəmənin üzərində yuxulayırlar. Bu azmış kimi soyuq hava şəraitində geyinməyə hərbi geyim belə tapa bilmirlər.

Bu isə bir daha onu sübut edir ki, müasir texnika ilə silahlandırılmış, yüksək səviyyədə maddi-texniki təminatla təmin edilmiş Azərbaycan ordusunun Ermənistanın hərbi sahəsinə vurduğu ziyanın izləri hələ çox illər ərzində silinməyəcək. Ermənistan ordusunun yenidən əvvəlki vəziyyətinə qayıtması çox çətin olacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Ən çox oxunanalar