Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni terrorçuları Bakıda azadlığa buraxılır - Bu "humanizm"in arxasında nə dayanır?

Əgər bu, siyasi qərardırsa, onların əfvi Prezidentin səlahiyyətinə buraxılmalı idi...

Bir müddət öncə Bakıda başlayan erməni terrorçulardan 14 nəfəri barədə məhkəmə prosesi başa çatdı.

Onlar 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunurdular.

Dünən hakim Əfqan Hacıyevin sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm elan edilib. Məhkəmənin qərarı budur:

Avakyan Qraç Arzumanoviç – 4 il

Serobyan Geğam Samveloviç – 4 il

Baqasyan Armen Yegizari – 6 ay

Qasparyan Qor Vaqramini – 6 ay

Sefilyan Kamo Karenoviç – 6 ay

Hakobyan Volodiya Vaçaqani – 6 ay

Asetryan Gevorq Norairoviç – 6 ay

Yenqoyan Sisak Qrişai – 6 ay

Petrosyan Albert Kamoyeviç – 6 ay

Sedrakyan Romik Misakini – 6 ay

Minasyan Aram Qarnikoviç – 6 ay

Minosyan Mkrtıç Simonoviç – 6 ay

Matesyan Edqar Vaçaqanoviç – 6 ay

Karapetyan Yuri Tiqranoviç – 6 ay.

Bu şəxslərin ittiham olunduğu maddələr kifayət qədər ağır maddələrdir. Üstəlik, prosesin keçirildiyi məkan – Ağır Cinayətlər Məhkəməsində ağır cinayətlərə baxır. Bəs, bu nə hökmdür?

Saxlanılanlar Azərbaycan sərhədini qanunsuz olaraq keçərək, 26 noyabr tarixindən 13 dekabr tarixinə - DTX-nın xüsusi əməliyyatına qədər 1-i “Azercell” əməkdaşı olmaqla, 4 nəfərin ölümünə səbəb olublar. Ola bilsin ki, bu dəstə deyil, paralel məhkəməsi gedən digər dəstə bu cinayətləri törədib. Ancaq bir şey dəqiq məlumdur ki, bunların əlində fürsət olsaydı, onlar da hərbçi-mülki demədən, qətliam törədə, terakt həyata keçirdə bilərdilər.

Mən hüquqşünas deyiləm, ancaq yaxşı bilirəm ki, 6 ay bir qonşu ilə dava edəndə əsəbiləşib vurduğun şillənin və yaxud “çaşıb” qonşu ölkənin ərazisiə girdiyin zaman – silahsız-sursatsız, təsadüfən, gəzərkən, turist kimi – cəzasıdır. Nəzərə alsaq ki, bu terrorçular 13 dekabrda həbs edilib və indi 2 iyuldur, onda 6 ay cəza alanların məhkəmədən dərhal sonra azad edilməsi qaçılmazdır. Bəlkə, bundan sonrakı cəzaları 6 aydır, bu vaxta qədər, istintaq müddətində 6 ay 18 günləri “hesablanandan” sonra?

İctimaiyyətə açıqlanan məhkəmə qərarında bu məsələyə ümumiyyətlə toxunulmayıb.

Əgər bu, siyasi qərardırsa, onların əfvi Prezidentin səlahiyyətinə buraxılmalı idi. Yox, hüquqidirsə, burda anlaşılmazlıqlar və “humanizm” həddən artıq çoxdur. Bir neçə maddə ilə ittiham edilən erməni silahlıları necə 6 ay həbs ala bilər? Həm də Ağır Cinayətlər Məhkəməsi nə vaxtdan 6 ay cəza verən olub?

İnanmaq istəyirəm ki, Baş Prokurorluq protest verəcək və yaxud bu qərar ətraflı şəkildə ictimaiyyətə izah olunacaq.

Bir neçə il öncə Dilqəm Əsgərov və Şahbaz Quliyevin günahsız olduqları halda keçirilən məhkəmə prosesini izləyirdik. Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə 22 il iş "kəsmişdilər".

Heç nə adekvat deyil, heç nə... (bakupost.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Ən çox oxunanalar