Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni həyasızlığının zirvəsi: İsraili soyqırımda ittiham etdilər

Ermənistanda anti-İsrail əhval-ruhiyyəsi getdikcə güclənir. Yenisabah.az xəbər verir ki, artıq ermənilər İsraili soyqırımda ittiham etməyə başlayıblar. Sosial şəbəkələrin erməni seqmentində Tel-Əvivin əleyhinə paylaşımlar edilir. İsrailin guya erməniləri soyqırıma məruz qoyduğu iddia edilir. Bu ölkənin xüsusi xidmət orqanı olan MOSSAD isə İŞİD-lə müqayisə edilir.

İsrail Azərbaycana dost ölkə kimi tanınır. Azərbaycanın silah tədarükündə İsrailin də payı var. Yəni, bu ölkə Bakının silah aldığı əsas dövlətlərdən biridir. Qarabağda Azərbaycan Ordusunun əldə etdiyi uğurlarda İsraildən satın alınan “Harop” Pilotsuz Uçuş Aparatlarının da rolu az deyil.

Ermənistanın İsraili hədəfə almasının səbəbi də budur. Doğrudur, hələ rəsmi səviyyədə Tel-Əvivə qarşı soyqırım ittihamı irəli sürülməyib. Amma sosial şəbəkədə bu ittihamın tirajlanması heç şübhəsiz Ermənistan siyasi dairələrinin sifarişi ilə həyata keçirilir. Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl Ermənistan İsraildəki səfirini geri çağırmışdı.

İsrail dövlətinin əsasını təşkil edən yəhudilər etnik təmizləməyə məruz qalmış millət kimi tanınır. Nasist Almaniyasının törətdiyi və tarixə Holokosta kimi düşən qətliamı zənnimizcə xatırlatmağa ehtiyac yoxdur. Bu gün də İkinci Dünya Müharibəsindən danışarkən yəhudilərin soyqırıma məruz qalması xüsusi olaraq vurğulanır.

Ermənistan isə əksinə, faşistə Nijde Qaragini qəhrəman hesab edən, ona heykəl ucaldan dövlətdir. Xocalıda qətliam törədən, Azərbaycanın işğal olunmuş digər ərazilərində etnik təmizləmələr həyata keçirən, mülki əhalini hədəfə alan bir ölkənin İsraili soyqırımda ittiham etməsi həyasızlığın son həddi hesab edilə bilər.(yenisabah)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay