Çərşənbə axşamı, 09 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni bloqer Xankəndi separatçılarını tənqid etdi: “Azərbaycanlıların dövründə əla yaşayırdıq”

Erməni bloqer Roman Baqdasaryan Qarabağdakı separatçıları növbəti dəfə ifşa edərək, orada ermənilərin azərbaycanlıların dövründə daha yaxşı yaşadıqlarını bildirib...

“1988-ci ildə biz hamımız işləyirdik. Azərbaycanlılarla və azərbaycanlıların nəzarəti altında. Azərbaycanın dövründə ermənilər Qarabağda əla yaşayırdılar. Zori Balayan və Qarabağ klanının etdiyi hər şey isə yalandır. Bako Saakyan, Arkadi Qukasyan və Arayik Arutyunyan (Qarabağdakı erməni separatçıların liderləri – red.) Qarabağdakıları görün kimə çeviriblər: işləmək istəməyən insanlara, (Ermənistanın baş naziri Nikol) Paşinyana nifrət edən, işləmək lazım olduğunu söyləyən insanlara”, - bloqer deyib.

O qeyd edib ki, ermənilərin kifayət qədər əraziləri var və bütün kəndlər, demək olar ki, boşdur.

Bloqer Xankəndidə “aclıq”dan danışanlara da münasibət bildirib.

“Bəlkə, düzünü deyəsiniz? Xankəndidə hesab edirlər ki, Milanın sakinləridirlər, Stokholm sakinləridirlər. Xankəndi - böyük kənddir. Gəlin bunu olduğu kimi deyək. Niyə İrəvandan bir saatlıq yolda olan armavirlilər səhərdən axşama kimi bostanda nəsə yetişdirmək üçün işləyirlər, niyə Ararat vilayəti işləyir, niyə Lori işləyir, Xankəndidə isə heç kim işləmək istəmir? Hamı lovğalanır: “Nazirlik”də işləyirəm”, “Şəhər meriyası”nda işləyirəm”, “Mən diplomatam”... Uşaqlar, hamınız böyük kənddəsiniz. Amma hamınız düşünürsünüz ki, işləməməlisiniz. Faciə burasındadır. O adamlar ki zəhmətkeşdirlər, vicdanlıdırlar, Paşinyana qarşı heç bir iddiaları yoxdur. Paşinyana nəsə oğurlayanlar, kimisə öldürənlər qarşı çıxırlar”, - deyə R.Baqdasaryan bildirib.

Poliqon.info


Etiket: Erməni bloqer


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident Beyləqana yeni icra başçısı təyin edib

Zirəddin Rasimin ölümü ilə bağlı həqiqətləri açdı - "Boğulmayıb..." - Video

Ata 13 yaşlı qızına təcavüz etdi: 18 il həbs olundu

Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib - Sərəncam

Qusar Rayon İcra Hakimiyyətinə başçı təyin edilib

Bakıda sünnət edilən 4 aylıq körpənin ölümü ilə bağlı təfərrüat

Azərbaycanın bir rayonunda torpaqların çıxarışları pulsuz veriləcək

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixi açıqlanıb

Xalq artistinin səhhətində problem yarandı: Əməliyyat olundu

Politoloq: Türk prezident Pezeşkian Xamneyinin xeyir duasını alıb...

Ən çox oxunanalar