Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəstun Oruclu: Ermənistan beynəlxalq aləmə Azərbaycanla Rusiyanı müttəfiq kimi göstərməyə çalışır...

Rusiyanın Qərbə tərəf seçim edən Ermənistana qarşı açıq şəkildə çıxış etmə ehtimalı var?..

Siyasi-şərhçi: “Şübhəsiz, Rusiya nəinki Ermənistanın, istənilən post-sovet ölkənin Avropaya inteqrasiyasını çox qısqanc və çox aqressiv qəbul edir”.

Ermənistan rəhbərliyi dünyaya göstərmək istəyir ki, ona qarşı Azərbaycandan və Rusiyadan təhdidlər var”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Ermənistan parlamentinin spikerinin AzərbaycanRusiya ilə bağlı son fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Moskva İrəvanı Rusiya-Belarus ittifaqına girməyə məcbur edir. Bu durumda Ermənistan rəhbərliyi yeni müharibə təhlükısi ilə üzləşib və İrəvan zərbənin hansı istiqamətdən vurulacağını bilmir. Simonyan qeyd edib ki, Ermənistan hakimiyyəti bundan narahatdır və böyük ehtimalla bu zərbə bir daha Azərbaycanın əli ilə Ermənistanın suverenliyinə vurulacaq.

Ümumilikdə, Simonyanın bu açıqlamasını necə dəyərləndirmək olar və erməni spikerin Azərbaycanla bağlı vurğularını bir kənara qoyarsaq, Rusiyanın Qərbə tərəf seçim edən Ermənistana qarşı açıq şəkildə çıxış etməsinə ehtimal vermək olar?

Rusiyanın AzərbaycanErmənistan siyasətini Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Rəsmi səviyyədə Putin deyir ki, Rusiya ilə Azərbaycan strateji müttəfiqdir. Təəsüf ki, Azərbaycan tərəfi bu barədə susur”.

Erməni tərəfinin bəyanatının Putinin məhz Azərbaycanla bağlı fikrinə reaksiya olduğunu düşünən ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, Ermənistan Putindən gələn təhlükəni beynəlxalq ictimai rəyə çatdırmaq istəyir:

“Şübhəsiz, Rusiya nəinki, Ermənistanın, istənilən post-sovet ölkənin Avropaya inteqrasiyasını çox qısqanc və çox aqressiv qəbul edir. Biz bunu Gürcüstanın nümunəsində, Ukraynanın nümunəsində gördük. Eyni zamanda da hal-hazırda biz bunu Moldovanın nümunəsində görürük. Moldovadakı artıq Dnestriyanda separatçılar Rusiyadan köməy istəyirlər və onları qorumaqlarını istəyirlər. Şübhəsiz ki, Moskvanın razılığı olmadan belə çağırışlar ola bilməz.

Digər tərəfdən də, bu yaxınlarda Rusiyanın müdafiə naziri Sergey Şoyqu Mərkəzi Asiyanın qeyri-hökumət təşkilatlarını da təhdid edib. Burada görünən ümumi proses odur ki, Rusiya post-sovet məkana nəzarəti itirməkdədir və bunun qarşısını almaq üçün müxtəlif təhdidlərə al atır.

Başqa bir sual da odir ki, bu təhdidlər nə dərəcədə realdır? Əlbəttə, Ermənistan rəhbərliyi dünyaya göstərmək istəyir ki, ona qarşı Azərbaycandan və Rusiyadan təhdidlər var. Ermənistan Azərbaycanla Rusiyanı müttəfiq kimi göstərməyə çalışır.

Çox təəssüf ki, Azərbaycan rəhbərliyi də Rusiyanın müttəfiqi olmadığını demir, bu barədə heç bir açıqlama verilmir. Rəsmi səviyyədə Putin deyir ki, Rusiya ilə Azərbaycan strateji müttəfiqdir. Təəsüf ki, Azərbaycan tərəfi bununla bağlı susur. Mən düşünürəm ki, erməni tərəfinin bəyanatı Putinin məhz Azərbaycanla bağlı fikrinə reaksiya idi, onlar bu yolla öz mövqelərini gücləndirmək idi və Putindən, o cümlədən Azərbaycandan gələn təhlükəni beynəlxalq ictimai rəyə çatdırmaq idi.

Ərəstun Oruclu: “Rusiya üçün istənilən post-sovet ölkənin Qərbə inteqrasiyası prinsipial məsələdir”.

Qaldı ki, Rusiyanın Ermənistana qarşı hər hansı addım atmasına əlbəttə ki, bu realdır və bu üç istiqamətdən ola bilər.

Birinci istiqamət, bir ölkənin xaricindən Azərbaycanı Ermənistana savaşa təhrik edə bilər. İndi onu necə edə bilər bu başqa sualdır.

İkinci istiqamət, Rusiya Ermənistandakı 102 saylı hərbi bazasından istifadə edə bilər. O bazaya qarşı bazanın ətrafında təxribat yaratmaqla bunu edə bilər.

Üçüncü istiqamət isə, Ermənistanın daxilindəki Rusiyayönümlü müxalifət yəni, əsasən Qarabağ erməniləri klanından istifadə oluna bilər. Bu istiqamətdə Rusiya Ermənistana qarşı müxtəlif addımlar ata bilər və bu ehtimal kifayət qədər yüksəkdir. Çünki Rusiya üçün istənilən post-sovet ölkənin Qərbə inteqrasiyası prinsipial məsələdir.

Rusiya bilir ki, bu addımı atan ölkənin birini belə cəzalandırılmamış qoysa, bu proses zəncirvari xarakter ala bilər. Ona görə mən hesab edirəm ki, bu realdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Coratda dənizdə batan gəncin meyiti tapılıb - Yenilənib

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Ən çox oxunanalar