Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanla Putin yenidən Yaxın Şərqdə eskalasiyanı müzakirə edə bilər

Türkiyə və Rusiya başçıları Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin Yaxın Şərqdə pisləşən vəziyyətlə bağlı işçi təmaslarını davam etdirirlər...

Poliqon xəbər verir ki, bu barədə "RİA Novosti" Türkiyə Prezident Administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, iki prezident arasında "etibarlı, isti münasibətlər"lə yanaşı, işgüzar təmas da mövcuddur. Ərdoğan və Putin həm ikitərəfli, həm də regional məsələlərdə daim əlaqə saxlayırlar.

Mənbə qeyd edib ki, Yaxın Şərqdəki eskalasiya fonunda zərurət yaranarsa, Ərdoğan və Putin cari gündəmi müzakirə etmək üçün yenidən telefon danışıqları apara bilərlər. Bununla belə, iki lider arasında növbəti danışıqlar üçün konkret tarixlər yoxdur.

Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və "Əl-Əqsa tufanı" əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisinə hücum edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bu fonda İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı “Dəmir Qılınclar” adlanır və məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsidir. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın yüzlərlə hədəfinə zərbələr endirib. Hər iki tərəfdən minlərlə insan həlak olub və yaralanıb. İsrail Qəzza zolağında quru əməliyyata hazırlaşır.

Poliqon.info


Etiket: Ərdoğan Putin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

"Formula-1"lə bağlı Mərkəzi Bankın nağd pul ofisi fəaliyyətini dayandıracaq

ABŞ-nin iki ştatında təhlükəli virusa görə komendant saatı tətbiq edilib

Bu ölkədən vətəndaşlarına xəbərdarlıq: Rusiyaya getməyin!

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

Rusiyanın hərbi texnikası nə vaxt tükənəcək? -  Analitiklərdən məyusedici proqnoz 

Tramp və Harris Ukrayna münaqişəsinin həlli ilə bağlı mübahisə ediblər

Ən çox oxunanalar