Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri başlayıb.
APA-nın yerli bürosu xəbər verir ki, Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.
Türkiyə Prezidenti Əbu-Dabi vəliəhd şəhzadəsi Şeyx Məhəmməd Bin Zayed Əl Nahyanla görüşüb.
Ərdoğanın səfəri zamanı həm ikitərəfli, həm də çoxtərəfli görüşlərin keçirilməsi, bir çox sahələri əhatə edən sazişlərin imzalanması da nəzərdə tutulub.
pia.az