Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan 104 admiralın bəyanatına münasibət bildirib

"Bu gün keçirdiyimiz toplantıda iki gündür ölkəmizin gündəmini məşğul edən məsələni geniş şəkildə müzakirə etdik. Gecə yarısı atılan bu etiraz addımı tamamilə pis niyyətli hərəkətdir".

PİA.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan istefada olan 104 admiralın birgə bəyanatına münasibət bildirərkən deyib.

"Təqaüdə çıxan heç bir dövlət qulluqçusunun kollektiv şəkildə hər hansı bir təşəbbüslə çıxış etmək haqqı yoxdur. Biz indiyə qədər bu admiralların, diplomatların bir yerə toplanaraq son dövrlərdə Kpirdən Qarabağa qədər apardığımız mübarizə ilə bağlı ölkəmizə dəstək bəyanatları yaydıqlarını görmədik. Eyni zamanda 15 iyul dövlət çevrilişinə cəhd zamanı da onların millətimizin yanında dayandıqlarının şahidi olmamışıq", - o vurğulayıb.

Dövlər başçısı deyib ki, admiralların birgə bəyanat yayması ifadə azadlığı hüququndan istifadə hesab oluna bilməz.

Qeyd edək ki, aprelin 4-də Türkiyənin istefada olan 104 admiralı birgə bəyanat yayıb. Onlar Montrö konvensiyasını Türkiyənin diplomatik qələbəsi adlandırıblar. İstefada olan admirallar hesab edirlər ki, həmin sənədə əsasən, Bosfor və Dardanel boğazlarında Türkiyənin suveren hüquqları bərpa edilib. Onlar bildirib ki, Bosfor boğazına paralel olaraq keçəcək, Mərmərə və Qara dənizləri birləşdirəcək “İstanbul” kanalı layihəsi ilə əlaqədar razılaşmaya yenidən baxılması haqqında müzakirə qəbuledilməzdir.

Xatırladaq ki, Montrö konvensiyası 1936-cı ildə Türkiyənin Bosfor və Dardanel boğazlarında, Qara dənizədən Aralıq dənizinə kimi su hövzəsində suverneliyinin bərpası haqqındadır. Sənəd 1936-cı il iyulun 21-də İsveçrənin Montrö şəhərində imzalanıb. Konvensiyanı Türkiyə, Böyük Britaniya, Fransa, Bolqarıstan, Rumıniya, Yunanıstan, Avstraliya, Yaponiya, keçmiş SSRİ və Yuqoslaviya imzalayıb.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

"Azinko Holdinq", "Jumeirah Bilgah Beach Hotel”... - Millətə vəkillik etməyən deputatın biznes "bacarığı"...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay