Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Enerji içkilərinin daha böyük təhlükə mənbəyi olduğu üzə çıxır

Adil Qeybulla: “Maarifləndirmə yüksək səviyyədə qurulmalıdır”

Eyyub Hüseynov: “Azərbaycanda istehlakçıların hüquqlarının qorunması üçün kifayət qədər qanun var”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli enerji içkilərinin insan orqanizminə vurduğu ziyanlardan danışıb. O, çıxışında enerji içkilərinin insan orqanizminə mənfi təsirinin kofeinin miqdarı və həzmə sürətli daxil olmasından asılı olduğunu deyib.

Q.Təhməzli bildirib ki, bu içki soyuq qəbul edildiyindən ani olaraq mədədə sovrulma hissi baş verir: "Süni qan dövranının sürətlənməsi ilə yalançı oyanıqlıq sistemi yaranır. İnsanlar da elə düşünür ki, bu zaman onda gümrahlıq hissi yaranır. Ona görə də insan sağlamlığı üçün böyük təhlükə təhdidi verir. Soyuq çaylar insan bədəninə soyuq şəkildə daxil olsa da, kofeinin miqdarı 11 mq ölçüsündədir. Ümumiyyətlə, 18 yaşa qədər olan şəxslərin bu içkilərdən istifadə etməsi məhdudlaşdırılmalıdır. Enerji içkilərinin markalanması zamanı üzərində kofeinin miqdarı bildirilməlidir. Bununla bağlı hökumətə müraciətimiz oldu. AMEA bizə rəy ünvanlayıb və fikirlərimiz üst-üstə düşüb".

Ekspertlərin sözlərinə görə, 18 yaşa qədər olan şəxslərin bu içkilərdən istifadə edilməsi qanunla məhdudlaşdırıla bilər. Lakin əsas məsələ kimi qanunun icrası önə çəkilir. Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirir ki, ABŞ-da spirtli içkilərin, enerji içkilərinin satışı ilə bağlı konkret qaydalar var: “Bu qaydanı pozan məsuliyyət daşıyır. Yəni, qaydanı ortaya qoymaqla yanaşı onun işlək mexanizmini də yaratmaq lazımdır. Məsələn, həmin enerji içkiləri məktəb yaxınlığında olan mağazalarda satılmamalıdır. Çünki şagirdlərin ondan istifadəsi asanlaşır.

Buna ciddi nəzarət olmalıdır. Bu qədər çeşiddə enerji içkilərinin idxalına ehtiyac yoxdur. Yəni, bir tərəfdən kororativ maraqlar var, digər tərəfdən də qadağalardan danışmaq istəyirik.

Bütün işlərimizi səmimi qanunlar üzərində qurmalıyıq. Qanunlar işlək mexanizmə malik olmalıdırlar. Digər tərəfdən də maarifləndirmə yüksək səviyyədə qurulmalıdır. Televiziyalarda mənasız reklamlardan, verilişlərdənsə, genofondun sağlamlığı ilə bağlı maarifləndirməyə yer verilməliyik”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, Azərbaycanda istehlakçıların hüquqlarının qorunması üçün kifayət qədər qanun var: “Məsələn, tütün məhsullarını 18 yaşına çatmayanalara, tək-tək satışının qadağan olunması kimi məhdudiyyətlər var. Lakin təəssüf ki, həmin qanunun icrasında problemlər yaşanır.

Qanunların icrası o zaman işlək olur ki, həmin qanunlar ictimaiyyət tərəfindən dəstəklənsin. Çox təəssüf ki, bu, baş vermir. Çünki, dövlət orqanları tərəfindən ictimaiyyətlə effektiv iş görülmür. Bunun da bir vasitəsiçisi kütləvi informasiya vasitələri olmalıdırlar.

Təəssüf ki, dövlət orqanları bunu edə bilmirlər. O baxımdan da qanunların işləkliyi təmin edilmir. Qida Təhlükəsizliyi Agentliyi ictimaiyyətlə əməkdaşlıq etməsə, siyasətini yaxşı təbliğ etməsə, belə əhəmiyyətli mədudiyyət də kağız üzərində qala bilər. Ümumiyyətlə, bütün qurumlar ictimaiyyətlə, kütləvi informasiya vasitələri ilə dostluq şəraitində işləməlidirlər”.(movqe.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Ən çox oxunanalar