Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əməkdar jurnalist KİVDF-nin qəzetlərə ayırdığı vəsaitdən yazdı

"Araşdırma aparıram, yaxın günlərdə cəmiyyəti, bütövlükdə media cameəsini maraqlandıracaq mənzərə ortaya cıxacaq. Mediada islahatlar ərəfəsində hamı mənbəyi bəlli olmayan bir faktı geninə boluna istifadə edir. Mətbuata guya son on illər ərzində 50 milyon, bəzən isə 100 milyon manat ayrıldığını iddia edir və hesabat tələb edirlər. Hesabat tələbində haqlıdırlar. Hər məsələ, problem açıq şəkildə müzakirə olmalı, şəffaflıq gözlənilməlidir. Amma qəzetlərə yönəlik əks - təbliğatda iddialılar haqlıdırlar? Yox, bilmənalı yox".

Bu barədə "Şərq" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlı "Facebook" hesabında yazıb.

O qeyd edib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun son on illər büdcəsinə nəzər yetirilsə aydın mənzərə ortaya çıxar:

"Bbilavasitə qəzet redaksiyalarına ildə iki dəfə ayrılan vəsaiti ( hər 6 aydan bir 1 milyon, bir milyon 200 min manat) hesablasaq, bu, son 10 ildə 20-22 milyon manat vəsait edir. Bəs bu 50, 100 milyon manat iddiası hardan qaynaqlanır? Son 10 ildə ayrılan vəsaitin əvvəl 33 qəzetə, sonra getdikcə azalan xətlə 19 mətbu orqana ayrıldığı bəllidir. Araşdırmaların nəticəsində aydın olur ki, dövlətin bədi-ədəbi nümunələrin, uşaq ədəbiyyatının nəşri ücün hər il ayırdığı 1 milyon 200 min manatdan cox vəsaiti də gündəlik qəzetlərin payına əlavə edirlər. Məsələn, hər 6 aydan bir "Ədəbiyyat" qəzetinə 200 min manat vəsait ödənilir. "Ulduz" jurnalı , "Azərbaycan" jurnalı, "Göyərcin", "Savalan", "Günəş" qəzet və jurnalları gündəlik, günaşırı və həftəlik qəzetlərdən cox vəsait alır. Amma qınaq obyekti bütövlükdə ictimai-siyasi qəzetlər olur".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay