Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elzanın AYB-yə seçilməkliyi

Elza xanımın AYB-yə üzv olması vaxtilə rok musiqiçi Bob Dilanın ədəbiyyat üzrə Nobel laureatı olması presedentinin çox kiçik və miskin, həm də azərbaycansayağı plagiat variantıdır...

Barı, Bob onu laureat elan edəndə ədəbiyyat adına utandığından telefonunu söndürərək, qaçıb gizlənmişdi – adam musiqiçi olaraq ədəbiyyat mükafatına təltif olunmağını aşırı iltifat hesab etdiyindən, abırına qısılaraq şok yaşayıbmış.

Bunun əksinə, Elza təxirə salınmadan və isti-isti TV-lərin qonağı oldu. Düşünürəm, çox keçməz, o özünü dahi söz adamı hesab edəcək. Bununçün zəmin və sübut var: ətrafdakı tərifçi qarğaların qarıltıları lirik musiqi kimi onu hayıl-mayıl edərək, onu buna əmin edəcək.

Yalanı çox deyəndə həqiqətə çevrilir.

Manafa da “sən yaxşı müğənnisən” deyildi, onu “Toylar kralı” elan etdi bu xalq. Adam bir müddət eyforiyadaydı. Axırda kimsə toyda, “Manaf, sən müğənni deyilsən, sən kişisən” deməyi onunçün nekroloq və “tabutuna” son mıxı çalmaq kimi bir şey oldu. Bu yekun diaqnozu ona özünü musiqiçi adlandıran məddah sürüsündən kimsə yox, sərxoş dinləyicilərdən birisi demişdi…

AYB-də heç olmazsa, Elza xanımı da üzvlüyə seçməklərini Bobda olduğu kimi “böyük amerikan musiqi ənənəsinə yeni poetik ifadələr gətirdiyinə görə” tipində əsaslandıra bilərdilər. Orda bunu da bacarmadılar.

Zəruri qeyd: Elza qeyri-ordinar və dəyərli musiqiçidir. Amma, onun ədəbiyyata dəxli ona AYB vəsiqəsini təqdim edən Çingiz Abdullayevin Azərbaycan türkcəsinə dəxli olduğu qədərdir.

Ç.Abdullayev : “Özün ölmürsən utanmığdan?”

Adam Çingiz Abdullayev olub dillənmək istəyir. Amma, Elza xanıma musiqiçi kimi dəyər verdiyimdən, ona qarşı çingizabdullayevsayağı kobudluq etmək istəmədim.

Poliqon.info


Etiket: Elza AYB


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Dəniz kənarında batan avtomobili çıxarmaq üçün çağırılan evakuator da batdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay