Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Vəliyevin müalicə aldığı iddia olunan klinikadan son məlumatlar


İsrailin Hayfa şəhərindəki Rambam klinikası ilə bağlı ilginc detallar – bir əməliyyat 22.000 dollar, MRT 730 dollar...


Gəncənin sui-qəsdə məruz qalan icra başçısı Elmar Vəliyevin hazırda İsraildə müalicə alması ilə bağlı məlumatlar geniş yayılıb. İlkin əməliyyatı Bakıda keçirilən icra başçısı müalicə-müayinənin növbəti mərhələsi üçün İsrailə yollanıb. Bununla bağlı məlumatı millət vəkili Fazil Mustafa da “Yeni Müsavat”ın Facebook üzərindən gerçəkləşdirdiyi canlı yayım verilişində çıxışı zamanı bildirib.

Sosial şəbəkələrdə yayılan məlumatlarda isə qeyd olunur ki, E.Vəliyev hazırda İsraildə, Hayfa şəhərindəki Rambam xəstəxanasındadır. Onun vəziyyəti haqda iki məlumat var. Yaxınları və tərəfdarları deyir ki, durumu çox yaxşıdır, yaxın zamanlarda işinə dönəcək. Lakin başqa iddialar da var. Bu iddialar isə yaxınlarının açıqladığı məlumatların tam əksinədir. “Yeni Müsavat” bildirir ki, Elmar Vəliyevin səhhəti ilə bağlı hər iki iddia heç bir sübuta dayanmır. Üstəlik, harada müalicə alması barədə hər hansı xəstəxananın müvafiq açıqlaması da yoxdur.  

Buna görə də musavat.com başçının müalicə aldığı iddia olunan xəstəxana ilə saxlayıb. Oradan müxbirimizə bildiriblər ki, xəstələrə dair məlumatları media ilə  paylaşmırlar.

Amma biz bu məlumatın təkzib olunmadığını nəzərə alıb, sözügedən klinika ilə bağlı internetdə apardığımız axtarışların nəticəsini oxuculara təqdim edirik.

095fc3fb-ad95-4ac3-8e05-5e356fcdddb9.jpg (27 KB)

Məlumatlara keçmədən öncə xatırladaq ki, 2017-ci ilin aprel ayında da Azərbaycanın eks - baş nazirinin müavini Abid Şərifovun təcili ürək əməliyyatından keçmək üçün İsrailin Haifa şəhərində yerləşən Rambam Tibbi Mərkəzinə aparılmışdı. Bunu həmin vaxt İsrail mətbuatı yazmışdı.

Times of İsrael qəzeti yazırdı ki, baş nazirin müavini Bakıda ürək ağrıları səbəbindən xəstəxanaya getdikdən sonra həyatı üçün təhlükə yaradan problem aşkar edilib. Bu səbəbdən təcili olaraq Rambad Tibbi Mərkəzinə gətirilən cənab Şərifovun ürəyinə kardiostimulyator və defribrillator aparatı yerləşdirilib, məlumatda deyilir.

Əməliyyat zamanı ürək damarlarından birinin daraldığını aşkar edən cərrahlar angipolasty əməliyyatı (şar şunt və stent istifadə edərək) apararaq damarı genişləndiriblər, qəzet yazıb.

Yəni, bu klinikanın adı daha öncədən də Azərbaycan cəmiyyətinə məlum idi.  Bəs nədir bu klinikanın özəlliyi, qiymətləri, şərtləri nələrdir?

İsrailin Rambam tibb  mərkəzinin əsasən 1938-ci ildə qoyulub və indiyə qədər də İsrailin çoxsaylı profil üzrə müalicə-diaqnostik mərkəzi sayılır. Tibb mərkəzi orta əsrlərin avropalı filosof, həkim və elm adamı Rabbi Moşe ben Maymonanın şərəfinə bu cür adlandırılıb. Rambam dövlət tibb mərkəzidir, özündə 36 stasionar şöbəni əhatə edir ki, burda da 1000 xəstənin müalicəsi üçün imkanı var. Mərkəzdə 45 müalicə diaqnostik şöbə, 10 institut, 6 laboratoriya və 30 administrativ və təsərrüfat obyekti var.

İl ərzində burda mütəmadi olaraq 75 min xəstə müalicə keçir. Daha 500 min xəstə isə bu mərkəzin müxtəlif klinika və institutlarında ambulator müayinə altındadır.

rambam-1.JPG (63 KB)

Hər il klinikanın doğum şöbəsində 4400 doğuş həyata keçirilir. İl ərzində bu klinikada keçirilən əməliyyatların orta statistik sayı 22.000-dir. Rambam tibb mərkəzində 4000 əməkdaş, 715 həkim və 1407 nəfər tibb bacısı, tibb qardaşı fəaliyyət göstərir.

Ümumilikdə Rambam İsraildə xərçəngin müalicəsi üzrə lider klinika sayılır. Xəstəxananın neyrocərrahiyyə şöbəsi isə cərrahi müdaxilə tələb edən və əsəb sistemini məhv edən xəstəliklərin müalicəsi ilə məşğul olur. Beyin cərrahiyyəsi üzrə Rambam lider klinikalar siyahısındadır.

Məhz bu klinikada ilk dəfə beyin travması zamanı yaşanan qanaxmanın dayandırılması üzrə yeni texnologiyalar və metodlardan istifadə olunur.

Xəstəxananın neyrocərrahiyyə şöbəsində (Elmar Vəliyevin burada müalicə aldığı iddia olunur - musavat.com) bu sahə üzrə ixtisaslaşmış 8 mütəxəssis, eləcə də 6 təcrübə qazanmaqda olan həkim çalışır. İl ərzində xəstəxananın bu bölməsinə 6000 xəstə müraciət edir və 1300-ə yaxın əməliyyat keçirilir.

Rambam xəstəxanası ümumən 80 illik təcrübə, 1200-dən artıq həkim heyəti, 36 şöbə, il ərzində 50.000 əməliyyat, 9 laboratoriya, 600.000-dən artıq xəstə deməkdir.

rambam-2.jpg (42 KB)

Xəstəxananın rəsmi saytında göstərilən xidmətlərin qiymətləri ilə bağlı məlumatlar da yer alıb. Musavat.com onları da sizin nəzərinizə çatdırır:

Mütəxəssisin ilkin müayinəsi – 400 dollar;

Növbəti konsultasiya – 250 dollar;

Nevropotoloq konsultasiyası – 550 dollar.

Prosedurlar:

Qan analizləri  - 20-100 dollar

MRT  - 730 dollar

Xəstəxanadakı beyin əməliyyatları isə 22.000 dollardan başlayan qiymətlərlə aparılır.

Musavat.com sonda bir daha xatırladır ki, E.Vəliyevin hazırda harda müalicə olunması ilə bağlı nə rəsmi, nə də ailə yaxınları tərəfindən hər hansı açıqlama verilir. Bu baxımdan daha çox mediada yayılan xəbərlərə istinadən belə bir dosye hazırladıq. Ailəsinin, yaxınlarının, eləcə də müvafiq dövlət qurumlarının E.Vəliyevin sağlıq durumu ilə bağlı verəcəyi məlumatları işıqlandırmağa hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Ən çox oxunanalar