Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elektromobil sürücülərinin diqqətinə: Qış fəslində enerji tutumu zəifləyir? - Açıqlama

Hazırda bütün dünyada elektrik avtomobillərə keçid prosesi sürətlə gedir...

Bu məqamda elektromobillərin müsbət tərəfləri ilə bərabər, mənfi xüsusiyyətlərinin olduğu haqqında da fikirlər ortaya atılır. Belə iddialardan biri də sosial şəbəkələrin gündəminə çevrilib. Bildirilib ki, qış fəslində havaların soyuq olması ilə bağlı avtomobildə isidici sistemlərdən intensiv istifadə edilir. Elektromobillərdə isidici sistemlərin (kodisioner və s.) istifadəsi isə həm mühərrikin gücünü, həm də elektromobillərin enerji tutumunu zəiflədir.

Maraqlıdır, həqiqətən, elektromobillərin bu cür mənfi xüsusiyyəti varmı?

Bununla bağlı Oxu.Az-a danışan ekspert Yasin Mustafayev özünün də elektromobil istifadəçisi olduğunu vurğulayıb. Ekspert qeyd edib ki, elektromobillər haqqında çoxlu miflər var:

“Elektrik mühərrikli maşınlarla əlaqədar düzgün olmayan məlumatlar çox eşidirəm. Mən özüm də bu avtomobillərdən istifadə edirəm, amma kondisioner və qızdırıcı ilə əlaqədar xoşagəlməz hallarla qarşılaşmamışam. Elektriklə işləyən avtomobillərdə isitmə elektrik vasitəsilə təmin edilir. Digər avtomobillərdə isə salonun istiliyi mühərrikin istiliyindən təmin olunur. Elektromobildə adi elektriklə işləyən isidicidir. Bu sistem normal işləyir və mühərriklə də heç bir əlaqəsi yoxdur. Yəni, avtomobilin batareyasındakı enerji həm hərəkətə gətirir, həm də digər funksiyaların işləməsinə kömək edir. Beləliklə, isitmə mühərrikin gücünü heç bir halda zəiflətmir.

Həm ekspert kimi, həm də iki ilə yaxındır elektromobil istifadəçisi kimi bunu hamıya tövsiyə edirəm. Elektrikli avtomobillər həm komfortludur, həm də qənaətcildir. Digər avtomobillərlə müqayisədə 80-90 faiz qənaət deməkdir. Daxili yanma mühərrikləri olmadığından avtomobilin xarab olma ehtimalı da çox azdır. Elektromobil batareya, elektrik mühərriki və “beyindən” ibarətdir, əlavə xərc yaradan detallar yoxdur. Elektromobillərin guya mənfi cəhətləri haqqında süni ajiotaj yaratmaqla, bundan istifadəni azaltmağa çalışırlar. Bu, çox güman ki, digər yanacaq növlərinin aktual qalmasına nail olmaq üçün bu yollara əl atırlar”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay