Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert: “Qarabağda gərginliyin səbəbkarı Ermənistanla bərabər, həm də Rusiyanın sülhməramlı kontingentidir”

“Bu gün Qarabağda baş verən gərginliyin əsas səbəbkarı Ermənistanla bərabər, həm də Rusiyanın sülhməramlı kontingentidir. Əgər 16 ay əvvəl imzalanan Üçtərəfli Bəyanatın şərtləri Ermənistan tərəfindən vaxtında yerinə yetirilsəydi və Rusiya tərəfi də bu proseslərin yerinə yetirilməsinə nəzarətini tam həcmdə icra etsəydi, bu gün biz Qarabağ ərazisində nə erməni silahlıları görərdik, nə də erməni silahlılarının təxribatı ilə qarşılaşardıq”.

Bu fikirləri “Report”a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, görünən odur ki, Rusiya sülhməramlılarının Qarabağda apardıqları ikibaşlı oyunlar artıq sona çatmaqdadır:

“Hazırda ordumuz son yerdəyişmə proseslərini davam etdirir. Görünür, Rusiya Müdafiə Nazirliyində oturan kargüzarlar hələ də Üçtərərəfli Bəyanatın şərtlərini ya oxumayıblar, ya da oxumaq istəmirlər. Əgər oxusalar görərlər ki, 4-cü bənddə qısa və konkret olaraq erməni silahlılarının Azərbaycan ərazisindən çıxarıldığı müddət dəqiq qeyd olunub”.


Rusiya hesab edirsə ki, o, Ukrayna ərazisində faşist və ya nasist axtarışına çıxa bilər, o zaman eyni hüququ Azərbaycaın öz ərazisi olan Qarabağda həyata keçirilməsi hüququnu tanımalıdır. Daxil olan və təsdiqlənməyən məlumatlara görə Qarabağ ərazisində erməni silahlıları daha irimiqyaslı təxribatlar hazırlayır. Bunu separatçı qurum rəhbərliyi tərəfindən “hərbi vəziyyətin elan olunması” da büruzə verir. Rusiya sülhməramlıları erməni silahlılarını Azərbaycan ərazisindən çıxarmasalar, onda ölkəmiz həmin təxribatlara daha geniş miqyasda cavab vermək məcburiyyətində qalacaq. Kimsə, o cümlədən Rusiya sülhməramlısı və ya erməni silahlıları Azərbaycan torpaqlarında özünü olduğundan böyük görə bilməz” – hərbi ekspert əlavə edib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyindən üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən tam olaraq çıxarılmasını təmin etməyi, Azərbaycan silahlı qüvvələrinin ölkəmizin suveren əraziləri daxilində hərəkətini təhrif edilmiş formada qələmə verməməyi, “Dağlıq Qarabağ” ifadəsi işlətməməyi və Azərbaycan ərazilərinin adını düzgün olaraq göstərməyi istəyib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay