Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əfqanıstandakı “mədəni” işğal başa çatdı...

ABŞ Əfqanıstanda məğlubiyyətə uğradıqda və ölkəni tərk etdikdə bəzi insanlar “Taliban” zülmünə görə beynəlxalq qüvvələrin hərəkətə keçməli və Əfqanıstan xalqını qorumalı olduğunu deməyə başladılar...

Tunca Arslan
“Aydınlık” qəzeti, Türkiyə, 20 avqust 2021-ci il

SSRİ-nin 1979-cu ildə Əfqanıstana hücumu başlayarkən 1988-ci ildə çəkilən bir Amerika filmi olan “Müharibə canavarı” (The Beast of War) hələ də davam edir və işğalçıların əhvalını çox yaxşı əks etdirir. Kevin Reynoldsun rejissorluq etdiyi filmdə bir kəndə hücum etdikdən sonra bazaya qayıdarkən itkin düşən Sovet tankındakı bir komandirlə bir neçə əsgərin həm öz aralarındakı mübarizəsindən, həm də mücahidlərdən qaçışından bəhs edilir.

Başdan sona bir tankda və açıq yerdə baş verən filmdə İsrailin Misir ordusundan əsir götürdüyü əsl Sovet tankından istifadə edilib və film İsraildə çəkilib.

Təbii ki, Amerika istehsalı olan “Müharibə canavarı” filmində anti-sovet atmosferinin olması təəccüblü deyildi. Digər tərəfdən, “Müharibə Canavarı”nın Vyetnam müharibəsi filmlərini xatırladan ölçüləri vardı. Reynolds Əfqanıstanın vadilərində gəzən bir tankda Vyetnam müharibəsindəki Amerika əsgərlərinin psixologiyasını Sovet əsgərlərinə uğurla yerləşdirib. Bir müddət sonra Sovet hökuməti məğlub oldu və çökmə prosesi sürətləndi, bu dəfə də ABŞ-ın Əfqanıstana hücumu başladı və oxşar hekayələr təkrarlandı. Sovet sosializmini Əfqanıstana ixrac etməyə çalışdılar və məğlub oldular. ABŞ Əfqanıstanda qondarma terrorla mübarizəyə başladı və məğlub oldu. İngilis müstəmləkəçiliyinin əvvəlki dövrünü nəzərə alsaq, Əfqanıstanın niyə “İmperiya qəbiristanlığı” adlandırıldığını daha yaxşı başa düşərik.

Zarafat kimi görünsə də, əslində ABŞ Əfqanıstanda məğlubiyyətə uğradıqda və ölkəni tərk etdikdə bəzi insanlar “Taliban” zülmünə görə beynəlxalq qüvvələrin hərəkətə keçməli və Əfqanıstan xalqını qorumalı olduğunu deməyə başladılar. Halbuki o “beynəlxalq güclər” trilyonlarla dollar xərclədikdən sonra, hələ indi Əfqanıstandan çıxmağa çalışırlar.

Yeri gəlmişkən demək istərdim ki, ən poetik və emosional mesaj İsmayıl Saymazdan gəlib. “Sivil dünya Əfqanıstanda işıqları söndürüb getdi” deyən Saymaza İstiqlal Marşındakı “Mədəniyyət bir dişi qalmış bir canavardır!” sətirlərini xatırlatdıqda o da təbii ki, “elə demək istəmədiyini” bildirdi.

“Sivilizasiyanın sönən işıqlarına” göz yaşı tökənlərə və ABŞ-ın Əfqanıstandakı “sivilizasiya” ilə bağlı işlərinə maraq göstərənlərə Maykl Uinterbottom və Mat Uaytkrosun birgə rejissorluğu ilə 2006-cı ildə çəkilən “Quantanamoya gedən yol” filmini tövsiyə edirəm. Uinterbottom və Uaytkros bu filmdə canavarın tək dişini həqiqətən parlaq şəkildə göstərib.

Quantanamodakı nasist düşərgəsi

Ailəsi ilə birlikdə Londonda yaşayan, ingilis vətəndaşı və pakistanlı olan gənc Asif anasının tapdığı qızla evlənmək üçün dostları ilə birlikdə Pakistana gedir. Bir müddət Karaçidə gəzdikdən sonra, 11 sentyabr hücumlarının ardınca bütün dünya ABŞ-ın Əfqanıstanda həyata keçirdiyi əməliyyatı izləyərkən, Asif və dostları da sadəcə maraqlandıqları üçün Əfqanıstana gedirlər və bir neçə gün ərzində çətin hadisələrlə rastlaşırlar. Əvvəlcə Şimal İttifaqı adlanan Əfqanıstan milisləri tərəfindən ələ keçirilir, daja sonra “Əl-Qaidə” əsgəri olmaqda ittiham edilərək amerikalılara təhvil verilirlər. Günlərlə dindirilir və işgəncələrə məruz qalırlar. Bir müddət sonra da təyyarəyə yüklənərək Quantamanodakı nasist düşərgəsinə bənzər bir bazaya aparılırlar. Burada da amerikalılar yanlış zamanda yanlış yerdə olmaqdan başqa heç bir günahı olmayan gənclərə eyni heyvani rəftarı davam etdirirlər. Film Əfqanıstanda bombalanan mülki yaşayış məntəqələrindən Buşun axmaq sözlərinə qədər “mədəniyyət”in günahsız insanlara verdiyi işgəncələrdən, Amerikanın faşist zabit və əsgərlərinə qədər hər şeyi əks etdirən imperialist bir zülmün əsl simasını ortaya qoyur. Mütləq izləyin, “mədəniyyətin” və ABŞ-ın barbarlığına bir daha şahid olun.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay