Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əfqanıstanda qıtlıq yaranıb... - Bəs Taliban iqtisadi problemləri həll etmək gücünə malikdirmi?

Maddi və maliyyə qıtlığı Əfqanıstanı Çinin koloniyasına çevirə bilərmi və ümumiyyətlə Çinin Əfqanıstanı iqtisadi cəhətdən işğal etməsi SSRİ və Amerikanın işğalından daha uğurlu olacaqmı?..

Natiq Cəfərli: “Əfqanıstandan keçən infrastruktur layihələrə Çinin pul ayıracağı ilə bağlı sözü var. Bunu nəzərə alsaq deyə bilərik ki, Çinin kifayət qədər Əfqanıstanda söz sahibi olmaq ehtimalı var”.

Turan Rzayev: “Çin Əfqanıstan bataqlığını quruda biləcək yeganə ölkədir. Zamanında Əfqanıstan bataqlığında məhv olan SSRİ və məğlub vəziyyətdə qaçan ABŞ-a nəzərən Çin bu bataqlığı quruda bilər”.

Əfqanıstanda ciddi bir qıtlıq yaşanır. Başda gündəlik qida və yanacaq məhsulları olmaqla, əksər malların qiyməti 60-70 faiz bahalaşıb. Taliban ölkədə baş verən qıtlığın, eyni zamanda xarici valyuta çatışmazlığının qarşını almaq üçün xarici ölkələrlə əlaqə qurmağa çalışır

Hakimiyyətini möhkəmləndirmək üçünsə Talibana ciddi maliyyə qaynaqları lazımdır. Bu hazırda İslam Əmirliyi elan edən taliblərin əsas problemidir. Çünki iqtisadi sabitlik olmadan Talibanın hakimiyyəti də uzun sürə bilməz və vətəndaş müharibəsinin davam etməsi qaçınılmaz olar. Taliban hakimiyyətini leqallaşdırmaq və xalqdan dəstək ala bilmək üçün mütləq şəkildə qısa zamanda iqtisadi sabitliyə nail olmalıdır. Bu qurulmaqda olan Taliban hökümətinin qarşısında duran bir nömrəli məsələdir.

Dünən Taliban sözçüsünün dediyinə görə hərəkatın əsas tərəfdaşı Çindir və hərəkat Pekinlə əməkdaşlığa böyük önəm verirlər: “Çin bizim əsas tərəfdaşımızdır. Bu ölkə bizim üçün fundamental və müstəsna imkanlar təmin edir. Çin ölkəmizə investisiya qoymağa və onu yenidən qurmağa hazırdır”, deyə “Taliban”ın nümayəndəsi Zabiulla Mücahid deyib.

Lakin Çin sərmayasi tez bir zamanda, demək olar ki, heç bir (xüsusilə kənd yerlərində) infrastruktara malik olmayan, əhalinin böyük hissəsinin əsas qazanc yeri tiryək əkmək olan Əfqanıstanda iqtisadi sabitlik yarada bilərmi? Axı ABŞ son 20 ildə bu ölkəyə 2 trilyon dollar sərf edib və bu ağlasızmaz böyük maliyyə vəsaiti sadəcə yoxa çıxıb. Belə olan halda Çin sərmayədarları bu ölkədə nə qədər cəsarətlə iş görə biləcəklər? Maddi və maliyyə qıtlığı Əfqanıstanı Çinin koloniyasına çevirə bilərmi və ümumiyyətlə Çinin Əfqanıstanı iqtisadi cəhətdən işğal etməsi SSRİ və Amerikanın işğalından daha uğurlu olacaqmı?

Əfqanıstanda 20 ildən sonra hakimiyyəti ələ keçirən Talibanın qarşısında o qədər suallar və problemlər var ki... Radikal dini təşkilat olan və hər cür dünyəviliyə qarşı çıxan Talibaın bütün bu məsuliyyət və öhdəliklərin öhdəsindən gəlməsi heç də asan deyil...

Mövzunu PİA.az-ın əməkdaşı İqtisadçı-ekspert Natiq Cəfərli və politoloq Turan Rzayev ilə müzakirə edib.

Natiq Cəfərli: “Çin Əfqanıstanın əsas komunikasiyası xətlərinə nəzarət etməklə ticarətin genişləndirilməsini istəyəcək”.

Çini ABŞ, Avropa ölkələri və Rusiya ilə qarışdırmağın lazım olmadığını deyən ekspert vurğulayıb ki, onların siyasəti fərqlidir. Yəni tarix boyu RusiyaAvropa ölkələri müxtəlif ölkələri öz kaloniyalarına birbaşa diqtə etməklə keçirirlər. Çin isə fərqli yanaşır. Bu da Çinin fəlsəfi yapısından, Şərq təfəkküründən doğan məsələdir:

“Əfqanıstan ətrafında gedən proseslərə görə son bir ayda qlobal medianı izlərkən görünür ki, son baş verənlər Çin, ABŞRusiyanın bölgədə, əsasən də Əfqanıstan üzərində nəzarətin fərqli formaları uğrunda aparılan mübarizənin təzahürüdür. Hətta belə bir versiya da var idi ki, amerikalılar bilərəkdən Əfqanıstandan tez çıxdılar. Çünki gələcəkdə Taliban müsəlman-uyğurlar məsələsini önə gətirərək Çin üçün əlavə problemlər yaratsın.

Amma görünən odur ki, hələ Taliban Əfqanıstandanın paytaxtı Kabili tutmamışdan öncə Çin tərəfindən tanınacaqları ilə bağlı bəyanatlar səsləndirirdi. Doğrudur da, Taliban haqqında dövlətlər arasında ilk Çin bəyanat səsləndirdi. Bu da onu deməyə əsas verir ki, ən azından Çin yaxın illərdə belə bir ssenarinin olmasını nəzərə alaraq Talibanla münasibətlərin qurulmasında kifayət qədər irəliləyib.

Natiq Cəfərli: “Hansısa formada silah, güc, qoşun göndərmək, yəni Çinin Əfqanıstan birbaşa müdaxilə etməsini mümkünsüz sayıram”.

Əfqanıstandan keçən infrastruktur layihələrə Çinin pul ayıracağı ilə bağlı sözü var. Bunu nəzərə alsaq deyə bilərik ki, Çinin kifayət qədər Əfqanıstanda söz sahibi olmaq ehtimalı var. Amma Çini ABŞ, Avropa ölkələri və Rusiya ilə qarışdırmaq lazım deyil. Onların siyasəti fərqlidir. Yəni tarix boyu RusiyaAvropa ölkələri müxtəlif ölkələri öz kaloniyalarına birbaşa diqtə etməklə keçirirlər. Çin isə fərqli yanaşır. Bu da Çinin fəlsəfi yapısından, Şərq təfəkküründən doğan məsələdir.

Çin pullarını gətirib Əfqanıstanda yatırım edib, sonra da belə irəliləmək istəməz. Çin əsasən iqtisadi güc qurmağa çalışır. Çin Əfqanıstanın əsas komunikasiyası xətlərinə nəzarət etməklə ticarətin genişləndirilməsini istəyəcək. Biz Çin tərəfindən belə addımlar görə bilərik. Amma hansısa formada silah, güc, qoşun göndərmək, yəni Çinin Əfqanıstan birbaşa müdaxilə etməsini mümkünsüz sayıram”.

Turan Rzayev: “Əfqanıstanı tərk edən vətəndaşların əksəriyyəti xaricdə işləyib ölkəyə xarici valyuta ötürən əfqan vətəndaşları və onların ailə üzvləridir... Talibanı dəstəkləyən kasıb kəndlilər heç də Əfqanıstana maliyyə cəlb edə bilməzlər. Əksinə onlar çox tez bir zamanda “çörək və tamaşa” tələb edəcəklər”.

Çinin maliyyə baxımdan Əfqanıstana və Talibana dəstək verə biləcəyini düşünən politoloq PİA.az-a bildirib ki, Çin Əfaqanıstandan keçən “Bir kəmər, bir yol layihəsi”nin təhlükəsizliyini təmin edə bilər. Çin buna nail olsa, ABŞ-a kifayət qədər zərbə vuracaq:

“Bu bir reallıqdır ki, hal-hazırda Talibanın ciddi mənada iqtisadi sahə ilə bağlı problemləri var. Məsələ ondan ibarətdir ki, Əfqanıstanın dövlət valyuta ehtiyatları 7 milyard dollarq yaxındır. Bunun da 5 milyardı ABŞ banklarında, 2 milyardı isə Avropa banklarındadır. Talibanın əlində isə 100 milyon dollara yaxın büdcə qalıb. Bu büdcənin əksəriyyəti ölkədən qaçan məmurların, yaxud da yerli əhalinin banklarda olan hesabından qeyri formal əldə edilən məbləğlərdir. Bu məbləğ də Talibana iqtisadi sabitlik yaratmaq üçün kifayət etmir. Bu məbləğlə ümumiyyətlə Əfqanıstanda iqtisadi sabitlik adına heç bir şey eləmək mümkün deyil.

Nəzərə almaq lazımdır ki, əfqan xalqı 50 ilə yaxındır müharibə aparır və bu mübarizənin əsas xətti işğalçıların deyil, əfaqn xalqının iradəsinə dayanan hakimiyyət formalaşdirmaq idi. Taliban özü isə 30 ildir ki, hakimiyyət uğrunda mübarizə aparırdı. Amma Taliban özü belə bu qədər tez hakimiyyətə gələ biləcəyini düşünmürdü. ABŞ-ın Əfqanıstanı tərk etməsi, prezidentin ölkədən qaçması hakimiyyəti Talibana “qızıl tabaq”da vermək kimi oldu. Bir daha qeyd edim ki, Talibanın əsas istəyi hakimiyyətə gəlmək idi. Hakimiyyəti ələ keçirəndən sonra nələrin baş verəcəyi Talibanın düşündüyü məsələ deyildi. Buna görə də indiki halda Taliban ciddi maliyyə böhranı ilə üzləşib və məsuliyyətdən də yayınmağı mümkün deyil.

 

Əfqanıstanı tərk edən vətəndaşların əksəriyyəti xaricdə işləyib ölkəyə xarici valyuta ötürən əfqan vətəndaşları və onların ailə üzvləridir. Bu da istər istəməz ölkənin maliyyə sisteminə təsir edir. Talibanı dəstəkləyən kasıb kəndlilər heç də Əfqanıstana maliyyə cəlb edə bilməzlər. Əksinə onlar çox tez bir zamanda “çörək və tamaşa” tələb edəcəklər. Digər tərəfdən ölkədə banklar işləmir və ölkənin xarici valyuta ehtiyatları dondurulub. İndiki şərtlərdə heç bir xarici invester taliblərə güvənib bu ölkəyə investisiya qoymaq istəməz. İndiki halda bu çox risklidir. Bundan başqa ABŞ da Talibana yardımı kəsib. Bu da Talibanın pis vəziyyətini daha da pisləşdirdi.

Turan Rzayev: “Talibanın Əfqanıstanda necə bir iqtisadi sitsem formalaşdırcağı ilə bağlı heç bir fikir, ya da ehtimal belə yoxdur. Belə olan halda hansı xarici iqtisadi əlaqələrdən danışmaq olar?”.

Əfqanıstanda Talibanın vəziyyəti doğrudan gərginləşməyə doğru gedir. Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirəndə ilk verdiyi vədlərdən biri xalqın rifah səviyyəsini qaldırmaqdı. Amma bu maliyyə imkanları və qıtlıqla nəyinki Əfqanıstan xalqının maliyyə imkanları yaxşılaşacaq, əksinə xalqın fifah və sosial vəziyyəti mövcud rejimlə daha da pisləşdi, pisləşməkdə də davam edəcək. Ölkədə baş verən bahalaşma bir müddət sonra əfqan xaqlının Talibana qarşı çıxmasına səbəb ola bilər.

Taliban Əfqanıstandakı vəziyyəti nəzərə alaraq xarici ölkələrə qarşı daha yumşaq siyasət yeritməyə başlayıb. Talibanın xarici siyasətində əsas xətti güclü iqtisadiyyata malik müsəlman ölkələri təşkil edir. Məsələn Taliban Azərbaycan, Türkiyə, Qətər və başqa ərəb dövlətləri ilə münasibətlər qurmaqda maraqlıdır. Nəzərə almaq lazımdır ki, Talibanın əsas ofislərindən biri Qətərdə yerləşir. Digər tərəfdən Taliban Türkiyəyə ciddi mesajlar verir. Misal üçün bu yaxınlarda Taliban sözçülərindən biri açıqlama verdi ki, yaxın günlərdə Kabil hava limanının işlədilməsi təklifi Türkiyə veriləcək. Artıq Qtər və Türkiyə bu istiqamətdə çalışmağa başlayıblar. Amma təhlükəsizliyi yenə Taliban qüvvələri qoruyacaq. Bu da o deməkdir ki, Taliban Əfqanıstanda müəyən sahələri xarici ölkələrin işlətməsinə verə bilər. Bununla da Taliban büdcəni formalaşdırmağa çalışır. Ancaq Taliban xarici investorlara güvən və etimad verə bilmir və bu da onun ən böyük problemlərindən biridir. Ümumiyyətlə isə Talibanın Əfqanıstanda necə bir iqtisadi sistem formalaşdırcağı ilə bağlı heç bir fikir, ya da ehtimal belə yoxdur. Belə olan halda hansı xarici iqtisadi əlaqələrdən danışmaq olar?

Talibanın Çinlə münasibət qurması və iqtisadi məsələləri tamamilə Pekinin öhdəsinə buraxması indiki halda daha real görünür. Məsələ ondadır ki, bu gün Çin regionun əksər ölkələrinə, xüsusilə Mərkəzi Asiya ölkələrinə və elə Əfqanıstanın özünə də kifayət qədər borclar verib. Bunula da Çin həm o ölkələrin iqtisadiyyatını inkişaf etdirir, digər tərəfdən də onların iqtisadiyyatını özündən aslı vəziyyətə salır. Bu gün Çin Qırğızıstan, Tacikistan, Özbəkistan, Qazaxıstan və Rusiyaya kifayət qədər borc verib və bu sərmayələrdən siyasi məqsədləri üçün istifadə edir.

Turan Rzayev: ““Böyük İpək Yolu”nun bərpası, “Bir kəmər, bir yol layihəsi”nin bərpası gələcəkdə ABŞ-ı dünya hegemoniyasından məhrum edə və öz qitəsinə həbs edə bilər”.

Çinin Əfqanıstana yanaşmasını biz digər ölkələrə bənzətməməliyik. Kifayət qədər ölkənin Əfqanıstanda işğalçılıq planları olub. Böyük Britaniya imperiyasından tutmuş SSRİ-yə və ABŞ-a qədər biz bunu görə-görə gəlirik. Amma dünyanın 3 super gücünün Əfqanıstanda uzun müddət qala bilmədiyini unuda bilmərik. Bəs Çinlə məsələ necə olacaq? Bu sualın cavabını zaman verəcək.

Bu gün Çinin regionda marağı “Bir kəmər, bir yol layihəsi”nin tez bir zamanda hazırlanması və istifadəyə verilməsidir. Bu layihənin ən böyük rəqibi də ABŞ-dır. ABŞ-ın Talibana qarşı münasibəti nə qədər pisləşsə, bu onun bir o qədər Çinə yaxınlaşmasına gətirib çıxaracaq.

Çin maliyyə baxımdan Əfqanıstana və Talibana dəstək verə bilər. Beləliklə də, Çin Əfaqanıstandan keçən “Bir kəmər, bir yol layihəsi”nin təhlükəsizliyini təmin edə bilər. Əlbəttə ki, ortada coğrafi relyef problemi də var və Çin Əfqanıstanla daha çox Tacikistan vasitəsi ilə əlaqə qurmağa məcburdur.

Turan Rzayev: “Çin Əfqanıstana sərmayə oyub Talibana tam nəzarət edə bilsə, bu SSRİABŞ-a nəzərən daha yaxşı effek verə bilər və o zaman Pekinin heç bir problemi olmayacaq. Burda əsas məsələ Talibanın müxtəlif qollarının hansı marağa xidmət etməsidir”.

Bu və digər bir çox problemlər bu gün Çin üçün doğrudan ciddi problemlər yaradır. Lakin Çin buna nail olsa və Əfqanıstanda sabitliyə, dinc qonşuluq münasibətlərinə nail ola bilsə, ABŞ-a kifayət qədər zərbə vuracaq. Lakin Taliban hərəkatının bircinsli olmadığını da nəzərə alarsaq, Pekinin işi heç də asan olmayacaq.

Düşünürəm ki, Çin Əfqanıstana sərmayə oyub Talibana tam nəzarət edə bilsə, bu SSRİABŞ-a nəzərən daha yaxşı effek verə bilər və o zaman Pekinin heç bir problemi olmayacaq. Burda əsas məsələ Talibanın müxtəlif qollarının hansı marağa xidmət etməsidir.

Onu da qeyd edim ki, Çin Əfqanıstan bataqlığını quruda biləcək yeganə ölkədir. Zamanında Əfqanıstan bataqlığında məhv olan SSRİ və məğlub vəziyyətdə qaçan ABŞ-a nəzərən Çin bu bataqlığı quruda bilər. Bunun üçün də Çinin kifayət qədər maliyyə imkanları var.

Qeyd edim ki, “Böyük İpək Yolu”un, “Bir kəmər, bir yol layihəsi”in bərpası gələcəkdə ABŞ-ı dünya hegemoniyasından məhrum edə və öz qitəsinə həbs edə bilər. Bu gün hegemoniya yenidən Qərbdən Şərqə doğur gedir. Biz bunu Çinin liderliyi ilə müşahidə edə bilirik”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay