Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ədalətsizlik edirlər, Allah da bunu götürməz” – Əkrəm Əylislinin cinayət işi 

Yazıçı Əkrəm Əylisli illərdir ölkəni tərk edə bilmədiyini deyib.

Yenisabah.az-a danışan Əylisli qeyd edib ki, haqqında Cinayət İşi açılıb və istintaq 6 ildir ki, davam edir:

“6 il bundan əvvəl Venesiyaya ədəbiyyat festivalına dəvət almışdım. Mən də ora yollanmaq üçün əvvəlcədən bilet almışdım. Orada dünyanın 30 ölkəsindən yazıçılar iştirak edəcəkdi. Məni hava limanında saxladılar, üstümə şər atdılar, yalançı ittihamlar irəli sürdülər ki, guya mən polis işçisinə müqavimət göstərmişəm. Adıma çox gülməli, ağlasığmaz bir şey yazdılar. İşi prokurorluğa verdilər, düz 6 ildir ki, heç bir qanuna sığmayan hərəkət edirlər. 

Mən polisi vurmuşam, ya yox, bunu sübut etmək üçün 6 il vaxt lazım deyil. Onlar hələ ki, uzadırlar, mən də dözürəm. Heç vaxt gedib xaricdə ölkəmin əleyhinə nə isə etməmişəm, pis bir şey danışmamışam. Mən hər zaman Azərbaycanın şərəfini qorumuşam. 

Bir dəfə Macarıstanda məclisdə idim, bir nəfər dedi ki, “Azərbaycanlıların hamısı Əkrəm Əylisli kimi olsaydı, dünyada azərbaycanlılardan yaxşı xalq olmazdı”. Belə tərif eşitməmişdim, heç vaxt yadımdan çıxmaz. Bunu özümdən uydurmuram, olanı deyirəm”.

Yazıçı Prokurorluğun illərdir ədalətsizlik etdiyini bildirib. “Daş yuxular” romanına görə illər əvvəl ciddi tənqidlərlə üzləşən yazıçı siyasətlə heç bir əlaqəsi olmadığını bildirir:

“Fakt budur ki, işimi uzadırlar. Mən də məəttəl qalmışam ki, ölkənin baş prokuroru soruşmur ki, siz bu yazıçını neçə illərdir niyə Bakıdan kənara buraxmırsınız? Axı hər şey qanunauyğun olmalıdır, bu cür zorakılıq olmaz ki... 

Mən dözürəm, dözməkdən başqa əlacım yoxdur. Ədalətsizlik edirlər, Allah da bunu götürməz. Axı mən nə etmişəm, bir kitab yazmışam, pis-yaxşı əsər yaratmışam. Bu bədii yaradıcılıqdır, siyasətə heç bir dəxli yoxdur. Bu əsərdir, belə düşünmüşəm, dünyanı belə qavramışam, yazmışam. İstəmişəm ki, xalqlar arasında münasibətlər gərginləşməsin, mən bunları xoş niyyətlərlə yazmışam. Amma başqa niyyətlə məni bu cür incitməkləri, hərdən çox ağır gəlir. Eybi yoxdur, şikayət edib, daima gileylənmək də istəmirəm”.

Xatırladaq ki, Əkrəm Əylisli 2016-cı ilin mart ayının sonunda oğlu İlyas Naibovla birgə Venesiyada keçiriləcək ədəbiyyat festivalında iştirak etmək üçün yola düşərkən hava limanında saxlanılıb. Yazıçı barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Yazdığı “Daş yuxular” romanına görə Ə.Əylisli Prezident İlham Əliyevin sərəncamları ilə “Xalq yazıçısı” fəxri adından və prezident təqaüdündən məhrum edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Ən çox oxunanalar