Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ədalət Verdiyev: Tərkisilah prosesinin ilk mərhələsi yaxın həftə ərzində başa çata bilər...

Qanunsuz erməni silahlılarının tərksilah edilməsi prosesi nə qədər sürə bilər?..

“Hazırda rusların müvəqqəti məsuliyyət zonasında kifayət qədər mülki şəxslərin də əlində silahlar var və silahların da təmizlənməsi üçün müəyyən zamana ehtiyac var”.

Bu sözləri hərbi-ekspert Ədalət Verdiyev Ermənistanın Baş nazirinin erməni silahlıların Azərbaycan ordusu qarşısında öz postlarında durmasını açıqlamasını Poliqon-a şərh edərkən qeyd edib.

Dünən axşam saatlarında Ermənistanın Baş Naziri Nikol Paşinyan Qarabağla bağlı bir sıra açıqlamalar verib. Açılamalarda diqqətçəkən məqamlardan biri də Paşinyanın Qarabağda atəşkəsin qorunduğunu və erməni silahlıların Azərbaycan ordusu qarşısında öz postlarında durması haqqında söylədikləri oldu.

Qanunsuz erməni silahlılarının tərksilah edilməsi prosesi nə qədər sürə bilər və hazırda erməni silahlılarının postda olması hansı anlama gəlir?

AzərbaycanErmənistan ordusunun son mövqelərini Poliqon-un əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Paşinyan belə bir açıqlama verməsi ilə bağlı bildirmək istəyirəm ki, Azərbaycanın tələbləri hələ də yerinə yetirilməyib”.

Yaxın bir ay ərzində erməni silahlılarının tərksilah edilməsi, onların əlində silah, texnika, vasitə və avadanlıqların Azərbaycana təhvil verilməsi prosesinin başa çatmasını proqnoz edən ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, bu vaxt ərazində silahlıların da Azərbaycan ərazilərindən çıxarılması başa çata bilər:

“Tərkisilah prosesinin ilk mərhələsi yaxın həftə ərzində başa çata bilər. Amma nəzərə almalıyıq ki, hazırda rusların müvəqqəti məsuliyyət zonasında kifayət qədər mülki şəxslərin də əlində silahlar var və silahların da təmizlənməsi üçün müəyyən zamana ehtiyac var.

Hər bir halda yaxın bir ay ərzində erməni silahlılarının tərksilah edilməsi, onların əlində silah, texnika, vasitə və avadanlıqların Azərbaycana təhvil verilməsi, silahlıların Azərbaycan ərazilərindən çıxarılması başa çata bilər.

Paşinyan belə bir açıqlama verməsi ilə bağlı bildirmək istəyirəm ki, Azərbaycanın tələbləri hələ də yerinə yetirilməyib. Ermənistanın baş naziri demək istədi ki, Azərbaycan bu şəxslərin tərksilah edilməsini həyata keçirməlidir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay