Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DYP rektorlara müraciət edib

Hər bir gəncimizin yolunun açıq olmasını arzu edir, heç kimin gəncliyinin yollarda bitməməsini diləyirik...

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) ali məktəblərin rektorlarına müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, ali təhsil müəssisələrinin qarşısında vəziyyət olduqca narahatedicidir:

"Cəmiyyətdə hər gün sıxlıqlar və tıxaclar müzakirə olunur. Bu, başa düşüləndir. Amma insan həyatı, sağlamlıq və təhlükəsizlik daha ciddi bir məsələdir. Bu gün ali təhsil müəssisələrinin qarşısında piyada qismində hərəkətdə olan vətəndaşlarımızın yollardakı hərəkətlərinə heç cür haqq qazandırmaq olmaz! Gənc nəslin nümayəndələri gələcəyin mühəndisləri, həkimləri, müəllimləri yollarda elə mənzərə yaradır ki, biz məktəblilərə, böyüməkdə olan uşaqlara kimi misal çəkək, kimi nümunə göstərək?! Bu qayda pozuntuları inzibati məsuliyyət yaratmaqla yanaşı, kənardan çox pis görsənir və ictimai fikirə mənfi təsir edir.

Universitetlərin rəhbərlərindən təlim tərbiyə işlərini aparan pedoqoji kollektivlərdən artıq dərəcədə xahiş edirik ki, bu məsələləri mahiyyəti üzrə kollektivlərində müzakirə etsinlər, tələbə gənclər təşkilatlarının gündəliklərinə salsınlar. Bizim cəmiyyətə savadlı mütəxəssis olmaqla yanaşı, nizam-intizama hörmətlə yanaşan, məsuliyyət hissi yüksək olan cəmiyyət formalaşdırmaq lazımdır. İnanırıq ki, ictimai fəal gənclərimiz əslində çox sadə, lakin həyati əhəmiyyəti olan yol hərəkəti qaydalarının düzgün təbliğatında bizə dəstək olacaqlar! Hər bir gəncimizin yolunun açıq olmasını arzu edir, heç kimin gəncliyinin yollarda bitməməsini diləyirik!"

pia.az


Etiket: DYP müraciət


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay