Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanı dəyişən 10 kitab

Hər gün bütün dünyada milyonlarla kitab çap edilir, satılır, müzakirə edilir və s. Amma bəzi kitablar var ki, onlar insanların, xalqların həyatında mühüm rol oynayıb və belə kitablar dünyanı dəyişib...

Milli.Az dünyanı dəyişən 10 kitabı təqdim edir:

10. "Yuxu Yozmaları" - Ziqmund Freyd

"Yuxu yozmaları" Freydin psixoanalizə ən böyük töhfəsi hesab olunur. Kitab ilk vaxtlarda çox az satılıb, hətta ilk 600 nüsxənin satılması üçün bir neçə il lazım olub. Freyd kitaba azı səkkiz dəfə yenilik edib.

9."İkinci cins" - Simon de Bovuar

"İkinci cins" Simon de Bovuarın ən məşhur əsəridir. Bu kitab feminizmin əsas kitablarından sayılır. Kitabda Bovuar qadınlarla tarix boyu "ikinci cins" kimi davranıldığını iddia edir.

8. "Tarix" - Herodot

Herodotun "Tarix" əsəri Qərbdə tarixlə bağlı ilk əsər hesab olunur. Eramızdan əvvəl 440-ci ildə yunanca yazılan "Tarix" Yunan-fars müharibəsindən, V əsrdə Yunanıstanın şəhər-dövlətlərindən bəhs edir.

7. Qalileyin Dialoqu

Bu kitab əsrlər boyu müzakirə ediləcək "din, yoxsa elm" mübahisələrini başladan kitabdır. Əsər Qalileyin həbs olunmasına və yazıçılıq karyerasına son qoymasına səbəb olub. Həmin dövrdə mübahisələrə səbəb olan isə kitabın elmi təbliğ etməsi yox, Qalileyin Papanı ələ salması idi.

6."Riyaziyyatın prinsipləri" - İsaak Nyuton

Nyutonun 1687-ci ildə yazdığı bu əsər müasir fizika və riyaziyyat elmlərinin təməlini qoyub. Kitab 3 cilddən ibarətdir. Burada Nyutonun klassik mexanikanın təməli sayılan sürət qanunu, həmçinin ümumdünya cazibə qanunu haqqında fikirləri yer alır. "Riyaziyyatın prinsipləri" indiyə qədər yazılmış ən əhəmiyyətli elmi əsərlərdən biri sayılır.

5."Növlərin Mənşəyi" - Çarlz Darvin

Kitab növlərin təkamülünün öyrənilməsində əvəzsiz rol oynayıb. Əsərdə növlərin zamanla təbii seçimi və yeni növlərin meydana gəlməsindən bəhs edilir. Bir çox dini inanca zidd olduğuna görə, Darvinin nəzəriyyələri çoxlu mübahisələrə səbəb olub.

4. "Millətlərin sərvəti" - Adam Smit

Bu kitab müasir dünya iqtisadiyyatı anlayışını formalaşdırıb - azad iqtisadiyyatı və rəqabəti. Kitabda Smit görünməz əl prinsipini irəli sürür, öz marağını güdmənin ümumilikdə cəmiyyətə faydalı olacağını deyir.

3. "Kommunist Manifesti" - Karl Marks və Fridrix Engels

Marks və Engelsin bu traktatı tarixdə ən çox iz qoyan siyasi əsərlərdəndir. Manifest proletariatı burjua ictimai quruluşunu devirməyə və nəticədə bütün insanların bərabər olduğu sinifsiz bir quruluş yaratmağa çağırırdı.

2. "İncil"

Bu kitab yaranmasından 2 əsr sonra bütün Roma İmperiyasını bütpərəstlikdən xilas edib və imperiya əhalisi xristianlığı qəbul edib. O zamandan bəri xristianlıq dünyanın ən çox tərəfdara sahib dinidir.

1. "Quran"

"Quran" İslam dininin müqəddəs kitabıdır. "Quran" müsəlmanlar tərəfindın Allahın sonuncu kitabı olaraq qəbul edilir. 1 milyarddan çox insan islam dininə tapınır və təbii ki, "Quran" dünyanı dəyişən kitablardan biridir. (publika.az)

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay