Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyada ən böyük OLED displey yaradılıb


Koreya Respublikasının “LG Electronics” şirkəti 4 voleybol meydançası ölçüsündə nəhəng elektron OLED displey qurub. Bu panel orqanik işıq diodları əsasında yaradılmış ən böyük ekran kimi Ginnesin Rekordlar Kitabına düşüb


AZƏRTAC “dailycomm.ru” saytına istinadən bildirir ki, 820 ədəd 55 düymlük OLED paneldən yığılmış displey Birləşmiş Ərəb Əmirliklərində dünyanın ən böyük ticarət kompleksi olan “The Dubai Mall”da qurulub.

Hər il təxminən 80 milyon alıcı sözügedən ticarət kompleksinə baş çəkir. 3,65 millimetr qalınlığında olan OLED panellər ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən nəhəng akvariumun üzərində dalğa formasında qurulub.

Nəhəng OLED displeyin eni 50 metr, hündürlüyü 14 metr, ümumi sahəsi isə 700 kvadratmetr təşkil edir. “Nikkei” nəşrinin məlumatına görə, bu ekranın ölçüləri “LG” şirkəti tərəfindən Cənubi Koreyanın İnçxon beynəlxalq aeroportunda qurulmuş displeydən təxminən 7 dəfə böyükdür.

“Business Korea” nəşri yazıb ki, ekranda mövcud olan 1,7 milyard piksel bir xətt üzrə düzülsə, onun uzunluğu 11 kilometr təşkil edəcək.

Keyfiyyətli təsvir və elastikliyi ilə fərqlənən OLED panellər populyarlaşır, smartfon və yüksək səviyyəli televizor istehsalçıları tərəfindən daha tez-tez istifadə olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Ən çox oxunanalar