Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya çempionatı: Eldəniz Əzizli qızıl, Ülvi Qənizadə gümüş medal qazanıb - Yenilənib

Azərbaycan yığması günü 2 medalla başa vurub...

Azərbaycanı Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Ülvi Qənizadə final görüşünü keçirib.

72 kq çəki dərəcəsində rəqib serbiyalı Ali Feyzollah Arsalan olub. Gərgin mübarizə şəraitində keçən görüş yerli pəhləvanın qələbəsi ilə yekunlaşıb - 7:4.

Beləliklə, Azərbaycan yığması günü 2 medalla başa vurub. Daha əvvəl 55 kq çəkidə Eldəniz Əzizli finalda gürcüstanlı Nuqzari Tsurtsumiyanı vaxtından əvvəl 8:0 hesablı təmiz qələbə ilə üstələyərək, qızıl medala sahib olub.

Qeyd edək ki, bu gün mübarizəyə qoşulan digər yunan-Roma güləşçilərindən Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal, Rafiq Hüseynov (82 kq) isə təsəlliverici görüşdə iştirak hüququ qazanıb.

***

Azərbaycanı Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Eldəniz Əzizli final görüşünə çıxıb.

55 kq çəki dərəcəsində rəqib gürcüstanlı Nuqzari Tsurtsumiya olub. Qarşılaşmanın əvvəlindən təşəbbüsə yiyələnən 30 yaşlı pəhləvan özündən 5 yaş kiçik rəqibini vaxtında əvvəl təmiz qələbə ilə üstələyib - 8:0.

Beləliklə, Əzizli karyerasında ikinci dəfə dünya çempionu olub. O, ilk dünya "qızıl"ını 2018-ci ildə əldə etmişdi. Azərbaycan pəhləvanı bu il və 4 il əvvəl həm də Avropa çempionu olub.

Qeyd edək ki, Eldəniz Əzizli aprelin 2-də Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatının finalında da Nuqzari Tsurtsumiyanı üstələmişdi - 8:2.(report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Direktorla müəllim arasında dava - Təcili yardım çağırıldı

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödəniləcəyi vaxt açıqlanıb

Arabir yağış yağıb, dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb - Faktiki hava , Yenilənib

Zelenski Şolts ilə birgə silah istehsalını müzakirə edib – Yenilənib

Ən çox oxunanalar