Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünən Hatayda da göründü... Zəlzələ zamanı yaranan parıltının səbəbi açıqlandı - Video

Vurğulanıb ki, işıq kürələrinə bənzəyən zəlzələ işıqları qısa müddətdə yox olur...

Dünən Türkiyənin Hatay vilayətində baş verən 6,6 bal gücündə zəlzələ ilə bağlı yayılan görüntülərdə müxtəlif ərazilərdə yeraltı təkanlar zamanı mavi çalarlarda parıltı görünüb. Bu isə bir çox sui-qəsd nəzəriyyələrinə mövzu olub, bəziləri də bu işıqları zəlzələ yaradan bir sistemlə əlaqələndiriblər.

Vəziyyətlə əlaqədar olaraq ölkənin Prezident Administrasiyasının Kommunikasiya şöbəsi açıqlama verib.

Qurumdan bildirilib ki, zəlzələni yaradan enerji yükü, süxurlardakı bəzi mineralların elektrik xüsusiyyətlərinin dəyişməsinə səbəb olub.

“Qırılma xəttində hərəkət başlayanda toplanan enerji sərbəst qalır - bir tərəfdən təkanlar baş verir, digər tərəfdən elektrik dəyişikliyi parlaq şüalara səbəb olur. Fəlakət zamanı müşahidə edilən parıltılar yalnız müəyyən şəraitdə baş verir. Bu şüalar yerdən 200 metr yüksəkliyə çata bilir və bəzi hallarda ildırım kimi görünür”, - deyə şöbədən izah edilib.

Vurğulanıb ki, işıq kürələrinə bənzəyən zəlzələ işıqları qısa müddətdə yox olur.

“Bu şüalanmalar zəlzələdən sonra deyil, zəlzələ zamanı görünür”, - deyə qurumdan əlavə edilib.

Xatırladaq ki, fevralın 20-də Hatayda baş verən zəlzələ zamanı 6 nəfər həlak olub, 300 nəfər xəsarət alıb.(Haber Global)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Bəylə-gəlin futbola görə toylarını dayandırdılar - Video

Ən çox oxunanalar