Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DSX Çilov adasında köməksiz vəziyyətdə qalmış şəxsi xilas edib

Noyabrın 2-də Çilov adası istiqamətində “SOCAR”ın “Geofizika və Geologiya İdarəsi” tərəfindən seysmik-kəşfiyyat işlərinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinə məxsus üzmə vasitəsinin mühərrikində texniki nasazlıq yaranıb və küləyin təsiri nəticəsində 1 nəfər heyətlə dənizin dərinliyinə doğru səmtlənib. Üzmə vasitəsi ilə rabitə əlaqəsinin kəsilməsi səbə¬bindən onun dəqiq mövqeyini müəyyən etmək mümkün olmayıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, üzmə vasitəsinin axtarışına köməklik göstərilməsi barədə daxil olmuş müraciətlə əlaqədar dərhal Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin növbətçi gəmisinə üzmə vasitəsinin axtarışı barədə göstəriş verilmiş və axtarış-xilasetmə tədbirlərinə başlanılıb.

Sərhəd gözətçi gəmisi tərəfindən qaranlıq hava şəraitində həyata keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində Çilov adasından cənub-qərb istiqamətdə, sahildən 7 mil məsafədə dənizdə estakadaya burazlanmış qayıq aşkar edilərək yedəyə alınmış, qayıqda olan şəxs - 1978-ci il təvəllüdlü Bakı şəhər sakini Balayev Həsən Böyükağa oğlu sərhəd gözətçi gəmisinin bortuna götürülmüş və ona ilkin tibbı yardım göstərilib.

Dövlət Sərhəd Xidmətinin dəniz sərhədçiləri tərəfindən xilas edilmiş şəxs ”Geofizik-3” elmi-tədqiqat gəmisinə təhvil verilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Ən çox oxunanalar