Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Xidməti havaların isti keçməsi ilə bağlı işəgötürənlərə xəbərdarlıq edib

Havanın temperaturu 41 dərəcə selsidən çox olan hava şəraitində işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməlidir...

"Report"un xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, havanın temperaturunun 41 dərəcə selsidən çox olan hava şəraitində əmək qanunvericiliyin tələblərinə əsasən işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görmək işəgötürənin əsas vəzifələrindən biridir:

"Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu 41 dərəcə selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

İşçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.

Məcəlləyə əsasən, bu fasilələr iş vaxtına daxil edilir və fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

Əmək şəraiti şərtləri imkan verdiyi hallarda günün isti vaxtında iş dayandırılaraq (uzun fasilə verərək) iş günü hissələrə bölünməklə iş rejimi tənzimlənə bilər".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay