Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət komitəsi erməni diasporunun Lüksemburqdakı təxribatı ilə bağlı məlumat yaydı

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti erməni diasporunun Lüksemburqda törətdiyi təxribatla bağlı məlumat yayıb.

Qurumun məlumatında deyilir:

Azərbaycan diasporunun aktivliyi, beynəlxalq aləmdə öz sözünü cəsarətlə deməsi və xaricdə yaşayan soydaşlarımızın milli maraqlarımızın müdafiəsində vahid mövqedən çıxış etməsi müasir dövrün danılmaz reallığıdır.

Müşahidələr göstərir ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən tarixi zəfər, müharibə dövründə və müharibədən sonrakı dövrdə Azərbaycan diasporunun göstərdiyi fəallıq, qazandığı uğurlar daimi işğalçılıq xisləti ilə yaşayan erməniləri ciddi narahat edir.

Hər zaman olduğu kimi, son dövrlərdə də ermənilərin davamlı olaraq Azərbaycan diaspor mərkəzlərinə, Azərbaycan evlərinə zərər vurması, sosial şəbəkələrdə təxribata cəhd etmələri müşahidə olunur. Bir neçə gün öncə, may ayının 13-də Lüksemburqda yerləşən Qarabağ Mədəniyyət Mərkəzinə (11A, Bld. Joseph II L-1840 Luxembourg) hücum olunması, qapı və pəncərələrin sındırılması, mərkəzə ciddi zərər vurulması bunun bariz nümunəsidir. Təəssüf ki, ABŞ, Avstraliya və digər ölkələrdə də erməni diasporunun oxşar aciz və qorxaq hərəkətləri müşahidə edilməkdədir. Bu kimi hallar gərginliyin daha da artırılmaması səbəbilə çox vaxt ictimailəşdirilmir.

Diaspormuzdan daxil olan məlumat və müraciətləri ümumiləşdirərək qeyd edirik ki, Lüksemburqda baş verən hadisə ilə əlaqədar hüquq mühafizə orqanlarına müraciət edilib və hazırda insidentlə bağlı araşdırma aparılır. Ümidvarıq ki, baş verənlərə hüquqi qiymət veriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsi olaraq, soydaşlarımızı baş verən insidentlərə təmkinlə yanaşmağa, təxribatlara uymamağa, erməni diasporunu isə təxribatçı hərəkətlərdən əl çəkməyə, yaşadıqları ölkələrin qanunlarına hörmətlə yanaşmağa çağırırıq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay