Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dolların monopoliyası... - Yaxın zamanlarda dünya iqtisadiyyatında çox valyutalı sistem formalaşa bilər?

Yaşanan qlobal deformasiyalar fonunda zamanla dollar dünya valyutası mövqeyini itirə bilərmi?..

İqtisadçı alim: “Sirr deyil ki, Amerika ödəniş sistemləri bütün dünyanı əsarəti altına alıb. Bu əsarətdən qurtulmaq o qədər də asan olmayacaq”.

“Hazırkı xaotik və qeyri-stabil geosiyasi vəziyyətdə dünyada çox valyutalı sistemin formalaşması qlobal ticarət müharibələrinə yol açar ki, bu da dünya iqtisadiyyatında həm xaos, həm də qıtlıq yarada bilər”.

Bu sözləri iqtisadçı alim Vüsalə Əhmədova Rusiyanın valyuta və qızıl ehiyyatlarına tətbiq edilən sanksiyaların dolların hegemon mövqeyinə təsirlərini PİA.az-a şərh edərkən söyləyib.

Bilirik ki, dünya ticarətinin dollarla aparılmasına görə əksər dövlətlərin valyuta ehtiyatları dollarda və qiymətli kağızlarda ABŞ-ın Federal Ehtiyyat Sistemində (FED) saxlanılır. Bu da ABŞ-a həmin dövlətlərə qarşı təzyiq imkanlarını xeyli artırır. Bundan əvvəl ABŞ irili xırdalı bir çox dövlətlərə məhz bu “silahı” ilə təzyiq edib və etməkdəir. Ən yaxın keçmişimizdə bu təzyiqlər nəticəsində Türkiyə lirəsi dəfələrlə dəyər itirib. Son olaraq isə Ukraynaya hücum etdiyinə görə ABŞAvropa Birliyi Rusiyanın onlarda saxlanılan valyuta və qızıl ehtiyatlarına sanksiya tətbiq edib və həmin ehtiyatlar dondurulub. Artıq bu ehtiyatlardan Rusiya istifadə edə bilmir və bu ehtiyatların Ukraynada rusiya bombardmanlarının yaratdığı dağıntıların kompensasiyası olaraq Kiyevə verilməsi ilə bağlı da söz-söhbətlər dolaşmaqdadır.

Bir çox maliyyə analitiklərinə görə yaranmış bu vəziyyət bir çox ölkələr üçün təhlükə siqnalına çevrilib. Xüsusən avtoritar ölkələr öz valyuta ehtiyatlarının taleyi ilə bağlı qara-qara düşünməkdədirlər. Analitiklər hesab edirlər ki, ABŞ-ın hegemoniyası ilə barışmaq istəməyən ölkələr tədricən öz ehtiyatlarını dollardan çıxarmağı və başqa etibarlı valyutalara köçürməyi düşünürlər. Bunun üçün hər şeydən əvvəl alternativ beynəlxalq ödəniş sistemləri yaradılmalı və dünya ticarətində dolların monopoliyası ortadan qalxmalıdır. Lakin bu nə qədər mümkündür?

Həmçinin Rusiyanın valyuta və qızıl ehiyyatlarına tətbiq edilən sanksiyalar dolların dünya valyutası kimi mövqeyinə necə təsir göstərə bilər? Yaşanan qlobal deformasiyalar fonunda zamanla dollar dünya valyutası mövqeyini itirə bilərmi?

PİA.az-ın əməkdaşı mövzunu iqtisadçı alim Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “Tədricən dünyadakı böyük güclərin və həmçinin ölkə birliklərinin öz ödəniş sistemlərini yaratmaları bir trendə çevrilərsə, ABŞ hegemoniyasından azad olmaq olar. Lakin hazırkı vəziyyətdə bu mümkün görünmür”.

Daha əvvəl ABŞ-ın hegemoniyasını zəiflətmək məqsədi ilə alternativ beynəlxalq ödəniş sistemlərinin formalaşdırılmasında Avropa Birliyin də çalımalar apardığını vurğulayan ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, Ukraynada müharibə başlayandan sonra vəziyyət dəyişib və artıq alternativ eynəlxalq ödəniş sistemlərinin formalaşdırılması az inandırıcı görünür:

“Sirr deyil ki, Amerika ödəniş sistemləri bütün dünyanı əsarəti altına alıb. Bu əsarətdən qurtulmaq o qədər də asan olmayacaq. Bir müddət öncə, Avropa banklarının “Visa” və “MasterCard” ödəniş sistemindən imtina edəcəkləri bildirilirdi. Qeyri-rəsmi məlumatlara görə, minimum 25 kredit təşkilatının AB üçün vahid ödəniş sisteminin yaradılması üzərində çalışdığı, mövcud Amerika sistemini əvəzləməsi üçün “Pan-Europe Payment System Initiative” (PEPSI) layihəsi üzərində iş getdiyi qeyd edilirdi. Yenə də, qeyri-rəsmi mənbələrdə vahid ödəniş sisteminin yaradılmasına ən çox Fransa banklarının və Almaniyanın “Deutsche Bank”ın cəlb olunduğu deyilirdi. Bəllidir ki, Avropanın bu qərarını siyasi bir qərar, ABŞ hegemoniyasına son qoymaq kimi dəyərləndirmək olardı.

Lakin Ukraynada müharibə başlayandan sonra vəziyyət dəyişib. Artıq Avropa öz təhlükəsizliyi üçün daha çox çalışmalı və ABŞ-la daha sız inteqrasiyaya getmək məcburiyətindədir. Bu üzdən də inanmıram ki, dollar hegemoniyasına qarşı çıxanlar Avropadan dəstək ala bilsinlər.

Vüsalə Əhmədova: “Dolların hegemoniyasının yaratdığı “sehirli dairədən” çıxmaq heç də asan məsələ deyil. Kiçik dövlətlər üçünsə bu ümumiyyətlə mümkün görünmür”.

“Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərinin payı Rusiyada bütün ödəniş kartlarının 95%-ni, Avropada isə 86%-ni təşkil edir. Hazırda sanksiyalar nəticəsində Rusiyada bu sistemlər işləmədiyinə görə ruslar ciddi çətinliklər yaşamaqdadırlar.

Təbii ki, Rusiya təcriddən çıxmaq üçün yeni beynəlxalq ödəniş sistemlərinin yaradılmasına çalışır və bunda Çin də maraqlıdır. Lakin məsələ ondadır ki, Çinin ABŞ-la olan ticarət dövriyyəsi Rusiya olan ticarət dövriyyəsindən 10 dəfə çoxdur. Bu durumda Çinin Rusiya ilə eyni cəhbədən çıxış etməsi heç də inandırıcı görünmür. Üstəlik Çinin də dövlət qiymətli kağızlarının böyük hissəsi ABŞ-da qorunur. Bu da Çin üçün çox böyük risklər yaradır. Bu üzdən dolların hegemoniyasının yaratdığı “sehirli dairədən” çıxmaq heç də asan məsələ deyil. Kiçik dövlətlər üçünsə bu ümumiyyətlə mümkün görünmür.

Bir neçə il əvvəl ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün İngiltərə, Fransa və Almaniya İranla öz nağdsız əməliyyat mexanizmi olan INSTEX-i işə salmışdı. Ancaq bu tədbirlər pərakəndə xarakter daşıyır və INSTEX heç də uğurlu olmadı. Tədricən dünyadakı böyük güclərin və həmçinin ölkə birliklərinin öz ödəniş sistemlərini yaratmaları bir trendə çevrilərsə, ABŞ hegemoniyasından azad olmaq olar.

Vüsalə Əhmədova: “Ola bilər ki, dünyada yeni geosiyasi tarazlıq formalaşdıqdan sonra alternativ beynəlxalq ödəniş sistemlərinin formalaşması mümkün olsun”.

Hazırkı vəziyyətdə bu mümkün görünmür. Çünki yuxarıda da qeyd etdiyim kimi, Ukrayna müharibəsi və yaşanan rus təhlükəsi Avropa Birliyini ABŞ-la daha çox hərbi və iqtisadi ittifaqa sürükləyir. Çinin isə AvropaABŞ-la iqtisadi əlaqələrini qoparmaq riskini ala bilməyəcəyini də diqqətə alarsaq, onda məsələ özü-özündən aydındır və dollar hegemoniyasının davam edəcəyi heç də şübhə doğurmamalıdır.

Digər tərəfdən hazırkı xaotik və qeyri-stabil geosiyasi vəziyyətdə çox valyutalı sistemin formalaşması qlobal ticarət müharibələrinə yol açar ki, bu da dünya iqtisadiyyatında həm xaos, həm də qıtlıq yarada bilər. Bu üzdən də hesab edirəm ki, yaxın on illiklər boyunca ABŞ dollar vasitəsi ilə irili xırdalı bir çox dövlətlərə qarşı dollar təzyiqindən istifadə etməkdə davam edəcək. Ola bilər ki, dünyada yeni geosiyasi tarazlıq formalaşdıqdan sonra alternativ beynəlxalq ödəniş sistemlərinin formalaşması mümkün olsun”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay