Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Direktordan görünməmiş ekoloji cinayət – Ekologiyaya azı 2 milyon manat ziyan vurulub - Foto,Video

11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində meşə torpaqlarının satılması ilə bağlı xəbər vermişdik...

Bildirmişdik ki, Göytəpə meşəbəyiliyinin 12 saylı dolayında olan minlərlə kub metr torpaq satılıb.

Cəlilabadın Ağdaş kənd sakinlərinin AzToday.az-a verdiyi məlumata görə, Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi kəndin meşə ərazisində görünməmiş ekoloji cinayət edib. Belə ki, Ağdaş kəndindən Fətullahqışlaq kəndinə gedən 4 kilometrlik köhnə yol icazəsiz 2 metr enində genişləndirilib. Məqsəd 15 min kub metrdən çox meşə torpağını satmaq olub.

Sakinlər bildirir ki, 15 gündür meşə ərazisində yolun genişləndirilməsi prosesi aparılır. Qazılan torpaqlar Masallıdakı kərpic zavodlarına satılıb.

Kənd sakinlərinin sözlərinə görə, yol genişləndirilərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarından heç bir icazə alınmayıb. Həmçinin, yol genişləndirilərkən yüzlərlə Qırmızı kitaba düşmüş dəmirağacı, azad və yemişan kimi agac növləri buldozerlə məhv edilib.

Yerli ekoloqların ilkin qiymətləndirməsinə görə, qanunsuz olaraq yolun genişləndirilməsi prosesində dövlətə 2 milyon manatdan çox ziyan vurulub.

Məsələnin ən ilginc tərəfi isə odur ki, Cəlilabadda yaşanan ekoloji cinayətlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumatlandırılsa da, hələlik heç bir tədbir görülməyib.

11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibovun merkantil maraqlarına xidmət edən hadisənin görüntülərinin bir hissəsini təqdim edirik:

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

İsveçdə 35 yaşlı azərbaycanlı qətlə yetirilib

Pentaqon İsraili dəstəkləmək üçün Yaxın Şərqdəki qüvvələri yenidən formalaşdırır

“Təhminə” “Zaur”un ad gününü belə təbrik etdi

“Qisas” antiterror əməliyyatından iki il ötür

Ən çox oxunanalar