Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİM: Dövlət qulluğuna imtahan verən 838 nəfər müvəffəqiyyət qazanıb

İnzibati icraçı vəzifələrə aid vəzifə qrupları üzrə dekabrın 22-də keçirilən imtahanda iştirak edən ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən və dövlət qulluğunda çalışan namizədlər haqqında statistik məlumatlar açıqlanıb...

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərdən 1817 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir

İmtahan iştirakçıları və onların nəticələri haqqında növbəti statistik göstəriciləri təqdim edirik.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərdən 1817 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir. Onlardan 746 nəfər imtahanı müvəffəqiyyətlə verib.

İmtahanda iştirak edənlərdən 450 nəfər isə məlumatları "Dövlət qulluqçularının reyestri" sisteminə daxil edilmiş şəxslərdən ibarət olub.

Onlar müsabiqə və ya müsahibə yolu ilə işə qəbul edilənlər, müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilənlər və işdən azad edilənlər kateqoriyalarına bölünür.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən birinci kateqoriyaya aid müsabiqə və ya müsahibə yolu ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin sayı 69 nəfərdir. Hazırda bu şəxslər dövlət qulluğunda çalışırlar. Bu namizədlərdən 21 nəfər imtahandan uğurla keçmişdir. Onlar müvafiq sertifikat əldə etməklə gələcəkdə daha yüksək vəzifələrdə çalışmaq imkanından istifadə edə bilərlər.

Müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilən şəxslərdən isə 323 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və onlardan 58 nəfər müvəffəqiyyət əldə edib.

İşdən azad edilənlər kateqoriyasına aid şəxslərdən isə 58 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və onlardan 13 nəfər uğur əldə etdib.

Ümumilikdə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 2267 namizəddən 838 nəfər (37.0%) müvəffəqiyyət əldə edib.

Test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Müsahibə elanları mütəmadi olaraq DİM-in saytında yerləşdirilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?

Heydər Əsədovun seçkidə önü açıq buraxıldı – işıqçı, fəhlə, işsiz…

Təhsili “abad” edən Mehriban Vəliyevanın seçkidəki rəqiblərini tanıyın – işsizlər, “JEK” üzvləri…

Mehriban Əliyeva bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib

Paris-2024: Sərbəst güləşçisimuz bürünc medal qazanıb

Olimpiya mükafatçımızdan qalmaqallı paylaşım: Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm...

"Neftçi"də anarxiya: Aranı qarışdıran ədəbsiz hərəkət - Video

Dünyada xərçəng niyə sürətlə cavanlaşır? - Alimlər xəbərdarlıq edir

Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb

Pezeşkianın təklif etdiyi nazirlərin adları parlamentə təqdim edilib - Siyahı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay