Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dərmanların qeydiyyatı ilə bağlı dəyişiklik

Noyabrın 3-də Milli Məclisin Səhiyyə komitəsinin onlayn iclası keçirilib.

İclası açan komitə sədri Əhliman Əmiraslanov qarşıdan gələn “8 Noyabr – Zəfər Günü” münasibətilə təbriklərini çatdırıb.

Komitə sədri bildirib ki, gündəliyə Su Məcəlləsində, Gömrük Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Dərman vasitələri haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) daxildir. Sənəd “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanıb. Bu məqsədlə müvafiq hüquqi hərəkətlərə və xidmətlərə görə yeni dövlət rüsumları müəyyən edilib.

Belə ki, “Dərman vasitələri haqqında” qanunun “Dərman vasitələrinin dövlət qeydiyyatı” adlı 6.10-cu maddəsi yeni redaksiyada verilir. Dəyişikliyə əsasən, dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı, o cümlədən yenidən dövlət qeydiyyatı və onların qeydiyyat sənədlərində dəyişikliklərin dövlət qeydiyyatı, gigiyenik sertifikatın verilməsi üçün “Dövlət rüsumu haqqında” qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir.

Komitə üzvləri qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.

Sonra iclasda cari məsələlər müzakirə olunub. Komitə sədrinin müavini Rəşad Mahmudov, deputatlar Məlahət İbrahimqızı, Kamaləddin Qafarov, İlham Məmmədov səhiyyə sahəsinə dair müxtəlif məsələlərlə bağlı rəy və təkliflərini səsləndiriblər.

Onlayn iclasda Milli Məclisin deputatları Anatoliy Rafailov, Kamilə Əliyeva, Sədaqət Vəliyeva, Ülvi Quliyev və Soltan Məmmədov da iştirak ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib    

Türkiyədə daha bir onlayn platformaya giriş bağlandı    

Paris-2024: Azərbaycan güləşçisi bürünc mükafat uğrunda görüşdə uduzub

Ən çox oxunanalar