Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daşınmaz əmlak tarifləri iki dəfə artırıldı... - Ekspert səbəbləri açıqladı

Hökümətin qiymət qaldırma siyasətinin sosial mahiyyətində nə dayanır?..

Əmlak məsələləri üzrə ekspert: “Daşınmaz əmlak, o cümlədən evlərin özəlləşdirilməsi tariflərinin iki dəfə artırılma səbəbinə büdcə daxilolmaların artırılmasına, eyni zamanda sahə üzrə fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin daha da artırılmasına çalışmaq kimi dəyərləndirmək olar”.

“Təkrar qeydiyyatda, xüsusilə mənzillərdə qiymətin iki dəfəyə qədər artırılmasına ehtiyac yox idi”.

Bu sözləri əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı daşınmaz əmlak evlərin özəlləşdirilməsi tariflərinin iki dəfə artırılması səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verildiyi kimi, yanvarın 4-də Tarif Şurasının iclası keçriilib. İclasda qəbul edilən ən mühüm qərar Aİ-92 benzinin və dizel yanacağının qiymətinin artırılması olsa da, burada daşınmaz əmlakla əməliyyatların tarifləri , o cümlədən evlərin özəlləşdirilməsi tarifləri də 2 dəfə artırılıb.

Belə ki, özəlləşdirmə tarifləri:

- Çoxmənzilli yaşayış binaları üzrə binanın ümumi sahəsinin hər 1 m2 -i 40 qəpik olduğu halda artımdan sonra 85 qəpik olub.

Qeyri-yaşayış binaları (sahələri) və əmlak kompleksi kimi müəssisələr üzrə:

- sahəsi 100 m2-dək 240 AZN (əvvəl maksimum 120 AZN)

- sahəsi 100 m2-dən 500 m2-dək - max 980 AZN (əvvəl 490 AZN)

Mənzillər üzrə:

- sahəsi 50 m2 -dək (50 m2 daxil) olduqda - 20 AZN (əvvəl 12 AZN)

- sahəsi 50 m2 -dən çox olduqda, hər əlavə 1 m2 üçün 33 qəpik (20 qəpik)

Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə (sahəsi 5,0 ha-dək olduqda):

- pay torpaqları-ailə kəndli təsərrüfatına məxsus olduğu hallarda maksimum 125 AZN

- kənd təsərrüfatı torpaqları ilə bağlı digər hallarda maksimum 175 AZN

(Əvvəlki tarifdə vahid tarif olub və maksimum qiymət 66 AZN təşkil edib)

Həyətyanı və bağ sahələri üzrə:

- sahəsi 0,12 ha-dək olduqda - 20 AZN (əvvəl 12 AZN)

- sahəsi 0,12 ha-dan çox olduqda, hər əlavə 0,01 ha üçün - 1,7 AZN (əvvəl 1 AZN)

Orta hesabla bütün qiymətlər 2 dəfə artıb.

Hökümətin atdığı bu addımların sosial mahiyyətində nə dayanır?

Daşınmaz əmlakla bağlı qiymətlərin artırılmasını PİA.az-ın əməkdaşı Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı ilə müzakirə edib.

Ramil Osmanlı: “Qeyri yaşayış sahələri üzrə qiymətlərin iki və daha çox artırılması zəruri idi”.

Təkrar qeydiyyatda, xüsusilə mənzillərdə qiymətin iki dəfəyə qədər artırılmasına ehtiyac olmadığını düşünən ekspert PİA.az-a açıqlamasında edib ki, bu addımları bir qədər optimallaşdırmaq oladı. Görünür hökumət məsələ ilə bağlı müəyyən monitorinqlər aparıb. Buna görə də qərarın bu cür qəbul olunmasına ehtiyac duyublar:

“Daşınmaz əmlak, o cümlədən evlərin özəlləşdirilməsi tariflərinin iki dəfə artırılma səbəbinə büdcə daxilolmaların artırılmasını, eyni zamanda sahə üzrə fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin daha da artırılmasını göstərmək olar. Hesab edirəm ki, yanacaq qiymətinin artırılmasının texniki-iqtisadi əsasları dəqiq göstərilməyib. Amma daşınmaz əmlak, əmlak qiymətləri üzrə qiymət artımlarının iqtisadi əsaslanması var.

Bütövlükdə qeyri yaşayış sahələri üzrə qiymətlərin iki və daha çox artırılması zəruri idi. Eyni zamanda ilkin qeydiyyat zamanı xidmət haqqları və tariflərin artırılması zərurəti daha çox idi. Amma təkrar qeydiyyatda, xüsusilə mənzillərdə qiymətin iki dəfəyə qədər artırılmasına ehtiyac yox idi. Bunu bir qədər optimallaşdırmaq oladı. Görünür hökumət məsələ ilə bağlı müəyyən monitorinqlər aparıb. Buna görə də qərarın bu cür qəbul olunmasına ehtiyac duyublar.

Bir daha qeyd edim ki, bu sahə üzrə qiymət artımının olması bilavasitə həmin sahə üzrə fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətinin daha səmərəli olmasına əsas yaradacaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar