Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çökən yolda son durum... Video, Fotolar

Son zamanlar paytaxt ərazisində yollarda çökmə halları çoxalıb. Təkcə ötən il Bakının küçə və prospektlərində bir neçə dəfə yolun asflat-beton örtüyünün anidən çökdüyünün şahidi olmuşuq

Xətai rayonu, Nobel prospektində isə bərpa olunan yol yenidən çöküb. Hadisə dekabrın 24-də axşam saatlarında baş verib. Xoşbəxtlikdən çökmə zamanı həmin ərazidən nəqliyyat vasitələri keçməyib.

Baş verən hadisədən sonra ərzaziyə “Azərsu” ASC-nin və “AAYDA"-nın mütəxəsisləri gələrək baxış keçiriblər. Yolun hansı səbəbdən çökdüyünü öyrənməyə çalışıblar və bərpası üzrə işlərə başlanılıb.

Musavat.com-un müxbiri adıçəkilən ünvanda olub, çökən yolda hansı işlərin aparıldığını öyrənməyə çalışıb.

Şəhər istiqamətinə gedən yolun bir hissəsində bərpa işləri aparılır. Artıq yolun çökən hissəsi doldurularaq, asfalt çəkilib. Buna baxmayaraq problemin əsaslı şəkildə bərpası üçün “Azərsu” ASC-nin nümayəndələri ərazidə işləri davam etdirirlər. Onlar torpağın altındakı qrunt sularının səviyyəsi və onun tərkibini öyrənməyə çalışırlar. Yəni, çökmənin əsas səbəblərini araşdırırlar.

Yolda aparılan işlər bu istiqamətdə nəqliyyatın hərəkətini bir qədər məhdudlaşdırıb. Nobül prospektinin maksimal sürət həddi 90 kilometr/sürət olduğu üçün sürücülər yolun çökən hissəsinə yaxınlaşdıqda sürəti xeyli aşağı salmalı olurlar.

Bu səbəbdən də ərazidə DYP əməkdaşları növbəli şəkildə xidmət aparırlar. Yolda təmir işləri aparıldığı üçün təqribən 100 metr məsafəyə sürücüləri xəbərdar edən nişanlar yerləşdirilib.

Məsələ ilə bağlı “Azərsu” AC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə də əlaqə saxladıq. Qurumun sözcüsü musavat.com-a bidirdi ki, hər hansı bir su və kanalizasiya xəttində sızma halı baş verməyib: “

Hazırda iki qrupumuz ərazidə işləyir. Birinci briqada georadar qrupudur. Torpağın altındakı qrunt sularının səviyyəsi və qruntun tərkibini öyrənməklə məşğuldur.

Ərazidə torpağın 24 metr dərinliyindən bir xəttimiz keçir və Bakının əsas plan sularını da o daşıyır. İkinci briqada isə sözügedən quyuya daxil olub daxildən inyeksiya edirlər ki, kənardan qrunt suları bizim xətlərimizə daxil olmasın. Çünki qrunt suları özü ilə birlikdə torpağı da yuyur və bu zaman çökmə hallarıın baş verməsi labüddür. Bunlar ehtimallardır.

Mütəxəssislərimiz yoxlayıb və “Azərsu”nun hər hansı bir xəttində sızma yoxdur. Əksinə, qrunt sularının bizim kollektorlara daxil olması ehtimalı var”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli hadisə ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, axının qarşısı alınmasa hər hansı iş görmək mümkün olmayacaq:

Həmin ərazidə axının qarşısı alınmasa hər hansı iş görmək mümkün deyil. Yol çökəndən sonra bizim əməkdaşlarımız ərazidə oldular. Digər aidiyyatı qurumların əməkdaşları da cəlb olundu. Araşdırma aparıldı və müəyyən olunu ki, qurunt suları orada dayanıqlı deyil, harasa axır. Belə olan zaman torpaq yatağında olan qurunt suları axdıqca, özü ilə bərabər torpağı da yuyur. İlkin ehtimal olundu ki, oradan böyük bir kanalizasiya kollektoru keçir və qurunt suları həmin kollektora hardansa sızır. Aidiyyatı qurumun mütəxəsisləri kollektorun sızıntı yerlərini izoliyasiya edirlər. Hazırda “Azərsu” əməkdaşları izoliyasiya işlərini yekunlaşdırdıqdan və qurunt suları təmizləndikdən sonra biz yolun bərpasına başlayacağıq. Yəqin ki, yaxın günlərdə bu işləri yekunlaşdıracaqlar. Çökən yolun üzərindən bir qat asfaltlamışıq. Lakin yenidən sonuncu qat asfalt örtüyü vurulmalıdır. Çökən hissəni torpaq yatağı ilə doldurmuşuq. Onu da bildirim ki, həmin ərazidə bir dəfə də çökmə hadisəsi baş vermişdi”.

Qeyd edək ki, prospektdə 2014-cü ildə buna oxşar hadisə baş vermişdi. “Azerneftyağ” neft emalı zavodununun qarşısında yolun alt hissəsindən keçən, eni 1600 mm-lik kanalizasiya kollektorunun sıradan çıxması nəticəsində yolun yatağı və torpaq qatı yuyulub, asfalt beton-örtüyü tamailə sradan çıxmışdı.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

pia.az


Etiket: Çökən yol


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Necə edək ki, evdə olmayanda elektrik sayğacı pul yazmasın?

Ən çox oxunanalar