Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin mövqeyini yumşaltdı, G20 Ukrayna münaqişəsinə yanaşma ilə bağlı razılığa gəldi...

G20 ölkələri Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı ortaq yanaşma barədə razılığa gəliblər...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi yüksək rütbəli fransız rəsmiyə istinadən yazır.

Agentliyin məlumatına görə, razılaşma Çinin mövqeyini yumşaltması səbəbindən əldə edilib. Əvvəllər Çin Ukraynadakı hərbi münaqişə ilə bağlı neytrallıq siyasətini davam etdirirdi. G20 sammitinin yekun kommünikesinin hazırlanması üzrə danışıqlarda iştirak edən Bloomberg mənbəsinin məlumatına görə, indi çinli diplomatlar Ukrayna ilə bağlı “daha ​​yumşaq mövqe” tutublar. Mənbə digər təfərrüatları açıqlamayıb.

Bloomberg qeyd edir ki, kommünike məsələsində daha sonra Rusiya ilə kompromis əldə edilməli olacaq. Bu arada Fransa rəsmisi bildirib ki, bu il sammitə ev sahibliyi edən Hindistan Rusiya qüvvələrinin Ukraynadakı hərəkətlərini pisləməkdən imtina etməyə davam edir.

2022-ci ildə İndoneziyada keçirilən G20 sammitindən sonra qəbul edilən kommünikedə qrup üzvlərinin əksəriyyəti müharibəni “qətiyyətlə pisləyib”. Eyni zamanda, sənəddə bu məsələ ilə bağlı “digər fikirlərin” mövcudluğu qeyd edilib. Rusiya bu cür aydınlaşdırmada israr edirdi. G20 nümayəndələrinin fevral, iyul və avqust aylarında keçirilən görüşlərində Ukrayna münaqişəsi ilə bağlı mövqelər fərqli olduğuna görə yekun bəyanatlar razılaşdırılmayıb.

Qeyd edək ki, G20 sammiti 2023-cü il sentyabrın 9-10-da Yeni Dehlidə keçiriləcək. Tədbirdə Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Szinpin iştirak etməyəcək. Sammitdə RusiyaRusiyanın xarici işlər naziri Sergey Lavrov, Çini isə Baş nazir Li Qian təmsil edəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay