Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin Avropa İttifaqı ilə kitərəfli koordinasiyanı gücləndirmək istəyir

Çinin xarici işlər nazirinin müavini Sun Veydonq Pekinin Çin-Avropa İttifaqı sammitinə hazırlaşmaq üçün alyansla koordinasiyanı gücləndirməyə hazır olduğunu açıqlayıb...

Poliqon bu barədə “RİA Novosti” Agentliyi istinadən xəbər verir.

Çin və Avropa İttifaqı arasında xarici siyasət məsləhətləşmələrinin 16-cı raundu çərçivəsində Pekində Sun Veydonq və Avropa İttifaqı Xarici Xidmətinin baş katibinin müavini Enrike Mora arasında görüş keçirilib.

“Pekin ilin sonuna qədər Çin və Avropa İttifaqı liderləri arasında görüşə hazırlaşmaq üçün Avropa tərəfi ilə əlaqələri və koordinasiyanı gücləndirməyə hazırdır”, deyə Sun Veydon bildirib.

XİN nümayəndəsi həmçinin qeyd edib ki, Çin və Avropa İttifaqı arasında münasibətlər həm yeni imkanlar, həm də yeni çağırışlarla üz-üzədir. Nazir müavini qarşılıqlı faydanın qorunub saxlanılmasının və bir-birinin əsas maraqlarına hörmət edilməsinin vacibliyini vurğulayıb.

Enrike Mora isə bildirib ki, Avropa tərəfi “vahid Çin” prinsipinə sadiqdir və Avropa İttifaqı ilə Pekin arasında konstruktiv və sabit münasibətləri inkişaf etdirmək üçün Çinlə əməkdaşlığa hazırdır.

Bundan əvvəl Bloomberg mənbələrə istinadən dekabrın 7-8-də Pekində Avropa İttifaqı ilə Çin arasında təkbətək sammit keçirməyi planlaşdırdığını bildirmişdi. Bununla belə, Pekin Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirak etmək niyyətində olduqları görüşün tarixini və yerini hələlik təsdiqləməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Ən çox oxunanalar