Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov qazaxıstanlı nazirlə görüşüb

Martın 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstanın informasiya və sosial inkişaf naziri Darxan Kıdıralı arasında görüş keçirilib.

Bu barədə Poliqon.info-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı tərəflər AzərbaycanQazaxıstan arasında ikitərəfli əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edərək, informasiya, kommunikasiya, sosial müdafiə, habelə ailə və gənclər siyasəti sahələrində gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Eyni zamanda, beynəlxalq təşkilatlar və çoxtərəfli əməkdaşlıq platformaları, xüsusilə də Türk Dövlətləri Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və digər çərçivələrdə vacib istiqamətlər üzrə birgə səylərin artırılmasının, ölkələrimiz arasında məlumat və təcrübə mübadiləsinin genişləndirilməsinin vacib olduğu vurğulanıb.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı bərpa və quruculuq işləri, Qazaxıstanın bu işlərə töhfələri qeyd olunub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib    

Türkiyədə daha bir onlayn platformaya giriş bağlandı    

Paris-2024: Azərbaycan güləşçisi bürünc mükafat uğrunda görüşdə uduzub

Ən çox oxunanalar