Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Paraqvay Respublikasının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

13 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Paraqvay Respublikasının Parlamentinin nümayəndə heyəti - Deputatlar Palatasının Xarici Əlaqələr Komissiyasının sədri, eyni zamanda Paraqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Valter Enrike Harms Sespedes və Senatdakı Paraqvay-Azərbaycan dostluq qrupunun sədri Lukas Orlando Akino Xara ilə görüşüb.

Bu barədə PİA.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qonaqları salamlayan nazir Ceyhun Bayramov, iki ölkə arasında mövcud olan əlaqələrin məmnunluq doğurduğunu və Azərbaycanın Paraqvayla əlaqələrin inkişafına önəm verdiyini qeyd edib. Nazir Ceyhun Bayramov, 2019-cu ildə Azərbaycan Respublikasının xarici işlər nazirinin, habelə 2022-ci ildə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavinin Paraqvaya səfərlərinin, bu xüsusda keçirilən görüşlərin ikitərəfli əlaqələrə töhfə verdiyini bildirib. Nazir, iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası dostluq qruplarının, o cümlədən parlament diplomatiyasının önəmli yer tutduğunu ifadə edib. Paraqvay-Azərbaycan dostluq qrupunun üzvlərinin Azərbaycanla bağlı məsələlərdə böyük fəallıq göstərdiyi, habelə Xocalı ilə bağlı Paraqvay Parlamenti tərəfindən qətnamənin qəbul edilməsi minnətdarlıqla qeyd olunub. Nazir Ceyhun Bayramov, həmçinin Paraqvay Parlamentinin nümayəndələrinə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin ağır nəticələri, 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar, habelə bölgədə aparılan bərpa-quruculuq işləri, sülh quruculuğu istiqamətində atılan addımlar barədə məlumat verib. Hazırda Paraqvay Respublikasının Xarici İşlər Nazirliyinin iki gənc diplomatının ölkəmizdə təlim proqramında iştirak etdiyini qeyd edən nazir Ceyhun Bayramov, bu kimi mübadilələrin ikitərəfli əlaqələrin inkişafında müsbət rol oynadığını bildirib.

Paraqvay Respublikasının Parlamentinin nümayəndə heyətinin üzvləri, öz növbələrində Azərbaycana səfəri və bu xüsusda keçirilmiş görüşləri, habelə işğaldan azad edilmiş ərazilərə edilən səfəri yüksək qiymətləndirərək bu səfərin ölkədəki vəziyyətlə yerindəcə tanış olmaq baxımından əhəmiyyət kəsb etdiyini bildiriblər. Paraqvayın hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etdiyini, həmçinin Azərbaycanın ədalətli mövqeyini dəstləklədiyi vurğulanıb. Qarşı tərəf, Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduqlarını və səfərin potensial əməkdaşlıq sahələrinin müəyyən olunması baxımından əhəmiyyətini qeyd ediblər.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərini müzakirə ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay