Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov macarıstanlı həmkarını Ermənistanın son təxribatı barədə məlumatlandırıb

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə Bakıda işgüzar səfərdə olan Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto arasında keçirilən görüşdə Ermənistanın sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribat müzakirə olunub.

Bu barədə XİN-dən məlumat verilib.

Nazir C.Bayramov bölgədə olan vəziyyət, xüsusilə Ermənistanın son təxribatı, bölgədə gərginləşən vəziyyətin kökündə məhz Ermənistanın işğalçılıq siyasətinin dayandığı, 30 ilə yaxındır ki, Azərbaycan ərazilərinin Ermənistanın hərbi işğal altında saxlandığı və məhz bu səbəbdən də bölgədə gərginliyin müşahidə olunduğu barədə qarşı tərəfi məlumatlandırıb.

Beynəlxalq ictimaiyyətin bu məsələdə tutduğu qətiyyətli mövqeyə istinad edən Ceyhun Bayramov əfsuslar olsun ki, qəbul olunan qərar və qətnamələrin həyata keçirilmədiyini bildirirərək, ikili standartların müşahidə edildiyini təəssüf hissi ilə bildirib.

Ermənistanın iki dövlət sərhədində son hərbi təxribatı və bölgədəki mövcud vəziyyətlə bağlı qarşı tərəfi ətraflı məlumatlandıran nazir C.Bayramov bölgədə davamlı sülh və təhlükəsizliyin, rifahın təmin olunmasında yeganə yolun məhz BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər təşkilatların məlum qərar və sənədlərinin də tələb etdiyi kimi işğalçı ölkənin silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən və yeddi ətraf rayonundan çıxarılmasının olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Ən çox oxunanalar