Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çexiyada universitetə silahlı hücum edən şəxs daha əvvəl bir körpə və atasını öldürüb - Yenilənib

Çexiya paytaxtı Praqada Karl Universitetinin Fəlsəfə fakültəsində 14 nəfəri güllələyən tələbə, dekabrın 15-də paytaxt yaxınlığında yerləşən parkda 32 yaşlı kişini və onun iki aylıq uşağını qətlə yetirib...

Bu barədə Çexiya polisinin mətbuat xidməti “X” sosial şəbəkə platformasında məlumat verib.

“Aparılan ballistik ekspertiza nəticəsində parkda istifadə edilən silahların universitetdə atışma həyata keçirən şəxsin yaşadığı evdə tapılan silahlarla eyni olduğu məlum olub”, - deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, polisin daha əvvəl verdiyi məlumata görə, dekabrın 15-i günorta saatlarında Klanoviski parkında gəzintiyə çıxan kişi və uşaq arabasındakı iki aylıq qızı odlu silahla qətlə yetirilib. Cinayətin motivləri bəlli deyil. Bununla bağlı Çexiya mediası Karl Universitetində atışma törədən şəxsdə mümkün psixi problemlərin olması ilə bağlı məlumat verib.

Karl Universitetinin Fəlsəfə fakültəsində baş verən atışma nəticəsində 14 nəfər həlak olub. Atışmanı 24 yaşlı tələbə David Kozak həyata keçirib və onun zərərsizləşdirilməsi üçün polis tərəfindən əməliyyat başladıqdan sonra intihar edib. Həmçinin paytaxt xəstəxanalarının məlumatlarına əsasən, hadisə zamanı 27 nəfər xəsarət aldığı barədə də məlumatlar var.

***

Çexiya polisi Praqada Karl Universitetinin Fəlsəfə fakültəsində silahlı hücum təşkil edən tələbənin hərəkətlərinə haqq qazandıran dörd nəfəri saxlayıb. Saxlananlar arasında həmçinin 14 yaşlı məktəbli də olub.

Bu barədə jurnalistlərə respublika polisinin rəhbəri Martin Vondraşek məlumat verib.

Məlumata görə, Olomouski diyarında (respublikanın şimal-şərqində) orta məktəblərdən birinin şagirdi olan 14 yaşlı oğlan təhsil aldığı məktəbdə kütləvi atışma törədəcəyini bəyan edib. Tələbə yetkinlik yaşına çatmadığına görə onu cinayət məsuliyyətinə cəlb etmək mümkün deyil.

Vondraşekin sözlərinə görə, polis Praqada atışma törədən tələbənin ailəsini təhdid edənlərə qarşı da tədbirlər görür.

Xatırladaq ki, atışmada intihar edən cinayətkar da daxil olmaqla ümumilikdə 15 nəfər ölüb.(oxu.az)

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Avropa çempionatı: Azərbaycan millisi təsəlliverici qarşılaşmada qələbə qazanıb - Yenilənib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib - Yenilənib

Tarif Şurası Aİ 92 benzininin qiymətini qaldırdı

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər

Azərbaycanda avtobus və metroda sərnişindaşımanın qiyməti qalxıb

Göygöldə iki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldı

Gəncədə qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atıb

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - Video

Ən çox oxunanalar