Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu şəxslərə məktəbli formaları pulsuz paylanacaq - Rəsmi

"2017-ci ildən məktəbli formalarının qiymətləri dəyişməyib”

Bu sözləri lent.az-a açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov deyib. O bildirib ki, 1-6-cı siniflərin məktəbli formasının qiyməti 40 manat, 7-11-ci sinif şagirdləri üçün 46 manatdır:

"Bu dəstə pencək, şalvar və yaxud pencək, ətək daxildir. Hal-hazırda tikiş prosesi gedir və formaları hər il təxminən 20-25 min civarında tikirik. Biz öz mağazalarımızda olan bütün mallara cavabdehik və onların hamısında qiymətlər eynidir. Digər mağazalarda olan qiymətlərin isə bizə aidiyyəti yoxdur”.

E.Əzimov qeyd edib ki, Təhsil Nazirliyinin sifariş etdiyi 10 000 məktəbli formasının da hazırlanmasına davam edilir:

"Sentyabrın 15-dək onların sifarişlərini çatdıracağıq. Nazirlik hər il bizdən formalar alır və bu il də əvvəlki illərdə olduğu kimi aldığı formaları internatlara və kimsəsizlərə paylayacaq”.

Qeyd edək ki, Bakı Tikiş Evi artıq 10 ildir vahid məktəbli formasının istehsalını və satışını həyata keçirir. "BTE” loqosu ilə məktəbli geyimləri dörd modeldə hazırlanır. Gigiyenik və uyğunluq sertifikatı olan formaların parçası Türkiyədən gətirilir və bu geyimlər uşaqların sağlamlığına heç bir əks təsir göstərmir. Məktəbli formalarının keyfiyyətinə bir il zəmanət verilir.

Həmçinin əhalinin rahat alış-verişini təmin etmək üçün Sumqayıt, Mərdəkan, Qaradağ, Buzovna və Sahil qəsəbələrində, habelə metronun müxtəlif stansiyalarının yaxınlığında BTE-nin satış mərkəzləri fəaliyyət göstərir. Ümumilikdə isə BTE-nin 9 filialı var. Satış mərkəzləri həftənin yeddi günü fasiləsiz fəaliyyət göstərir. Eyni zamanda, ilboyu BTE-nin bütün satış mərkəzlərindən məktəbli formasını və aksesuarlarını almaq olar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Ən çox oxunanalar