Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il 56,7 min şəxsə əlillik təyin edilib

Ən çox əlillik səbəbindən yaranan xəstəliklər psixi, onkoloji, göz xəstəlikləri olub...

Bu il 56,7 min şəxsə əlillik təyin edilib.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2022-ci ildə görülən işlərə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əlilliyin qiymətləndirilməsinin elektron infrastruktur üzərindən, səhiyyə müəssisələrinin e-sistemə daxil etdiyi göndərişlər əsasında, vətəndaş-məmur (ekspert) təması olmadan həyata keçirilib: "Əlilliyin qiymətləndirilməsi ilə bağlı yeni meyarların tətbiqindən sonra 14 063 şəxsə orqanizmin funksiyalarının pozulması faizinə əsasən əlillik təyin edilib. Həmçinin cari ildə Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 48 650 şəxsə tibbi və sosial-psixoloji reabilitasiya xidməti göstərilib ki, bu da ötən ilə nisbətən 6 dəfə çoxdur. Həmçinin bu il əlilliyi olan 26,6 mindən çox şəxsin 57,8 min reabilitasiya vasitələri ilə təminatı həyata keçirilib".

A.Bayramov vurğulayıb ki, ən çox əlillik səbəbindən yaranan xəstəliklər psixi, onkoloji, göz xəstəlikləri olub.

pia.az


Etiket: əlillik


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Ən çox oxunanalar