Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün AŞPA-nın yay sessiyası başlayır

Bugün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası başlayır.

PİA.az-ın xəbərinə görə, sessiya qarışıq formatda keçirilir, üzv ölkələrin nümayəndələrinə yay sessiyasında uzaqdan iştirak etmələrinə və ya Strasburqda şəxsən iştirak etmələrinə icazə verilir.

Sessiya çərçivəsində Avropa Şurasının Qadına Şiddətin və Məişət Zorakılığının Qarşısının Alınması və Mübarizə Konvensiyasının (İstanbul Konvensiyası) 10-cu ildönümü qeyd ediləcək, bu mövzuda debat keçiriləcək. Həmçinin sessiyada fundamental hüquqların qorunması və COVID pasportlarının və ya sertifikatlarının qanuni təsirləri müzakirə ediləcək.

Macarıstan xarici işlər naziri Peter Sijarto və Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç sual-cavab sessiyasında iştirak edəcək. Bolqarıstan və Albaniyadakı son parlament seçkiləri ilə bağlı hesabatlar müzakirə ediləcək. Sessiyada Xorvatiya və Rusiya üzrə Avropa İnsan Haqları Məhkəməsinə hakimlər seçiləcək.

“Media azadlığı, ictimai etimad və xalqın bilmək hüququ” mövzusuna xüsusi diqqət yetiriləcək. COVİD-19 pandemiyası ilə əlaqədar bir sıra aktual məsələlər gündəmdə olacaq. Sessiya ərzində Krım tatarlarının vəziyyəti, Avropanın diaspor siyasəti, Avropada afrofobiya ilə mübarizə və digər məsələlər də nəzərdən keçiriləcək. (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Ən çox oxunanalar