Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Biz dəfələrlə demişik ki, Paşinyanın fikirlərinə inanmaq olmaz” - Hafiz Hacıyev

“Paşinyan Avropada sərhədlərin delimitasiyası və demarkasiyası üçün razılıq vermişdi. Amma o İrəvana çatan kimi başqa fikir dedi”.

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirə keçirildi. Dövlət başçısı müşavirədə Azərbaycanın valyuta gəlirlərinin artdığını, qeyri-neft sektorunun inkişafını vurğulamaqla yanaşı, Qarabağdakı son vəziyyət və Ermənistanla münasibətlərdən də danışdı. Eyni zamanda Prezident çıxışı zamanı bir sıra mesajlar da verib.

Digər tərəfdən isə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Azərbaycan ilə sülh müqaviləsinin imzalanmasını vacib addım kimi qiymətləndirdi. Amma Paşinyan Qarabağla bağlı da ziddiyətli fikirlər söylədi.

Prezidentin verdiyi mesajları və Paşinyanın Qarabağla bağlı parlamentdə dediyi son fikirləri Pia.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Biz qalan torpaqlarımızı da qısa müddətdə azad edəcəyik. Ermənistanın nazı ilə çox oynamağa dəyməz”.

Partiya sədri bildirib ki, Prezidentin son müşavirədə çıxışı Azərbaycan ictimaiyyətini qane edən çıxış oldu:

“Cənab Prezident keçirdiyi müşavirədə bir növ hesabat verdi. Prezident bütün problemləri çox əhatəli şəkildə təhlil etdi. Qarşıda duran məsələləri isə proqram kimi nəzərə çatdırdı. Həmçinin Prezident Qarabağ ətrafında baş verənlər, ATƏT barədə danışaraq tarixi bir hesabat verdi. Düşünürəm ki, bu məsələlərdə cənab Prezidentin atdığı addımlar və gördüyü işlər çox müsbət qiymətləndirilməlidir.

ATƏT-in Minsk Qrupu 30 ilə yaxın Azərbaycana gəlib çamadanlarını doldurub getdilər. Cənab Prezident də onların Qarabağ məsələsində heç bir iş görmədiklərini dəfələrlə özlərinə demişdi. 44 günlük müharibə dövründə də ATƏT-in iştirakı olmadan məsələ öz həllini tapdı. Buna görə də Prezident açıq şəkildə bildirdi ki, artıq Azərbaycanda ATƏT-in Minsk Qrupuna ehtiyac yoxdur.

Prezidentin son müşavirədə çıxışı Azərbaycan ictimaiyyətini qane edən çıxış oldu. Partiya olaraq biz də cənab Prezidentin bu mövqeyini dəstəkləyirik. Biz Prezidentin çıxışının bir növ təbliğatçısı olmaq üçün öz strukturlarımıza göstəriş vermişik”.

Hafiz Hacıyev Paşinyanın Qarabağla bağlı fikirlərinə münasibət bildirərkən deyib ki, bir neçə danışıqlardan sonra biz qərara gəlib erməni terrorçularını Xankəndindən və onun ətrafındakı ərazilərdən təmamilə qovmalıyıq:

“Qeyd edim ki, Azərbaycan nə qədər humanist addım atsa da, Ermənistanın baş nazirinə arxayın olmaq olmaz. Çünki Paşinyanın öz ixtiyarı özündə deyil. Bildiyimiz kimi Ermənistanda müxalifət güclüdür və müxalifət birbaşa Rusiyanın əlaltısıdır. Eyni zamanda Paşinyan da hərdəmxəyal adamdır. O üzə bir söz, arxada bir söz deyir. Buna görə də biz dəfələrlə demişik ki, Paşinyanın fikirlərinə inanmaq olmaz. Bir yandan da Rusiya həm Ermənistana, həm Azərbaycana özlərinin bir quberniyası kimi tapşırılar verirlər.

Düşünüərm ki, Paşinyan 5 tələbin heç birini icra etməyəcək. Paşinyan Avropada sərhədlərin delimitasiyası və demarkasiyası üçün razılıq vermişdi. Amma o İrəvana çatan kimi başqa fikir dedi. Sadəcə olaraq Azərbaycan üçün danışıqlardan iştirak etmək lazımdır. Paşinyanı da danışıqlar yolu ilə axıra qədər qovmaq lazımdır.

Hafiz Hacıyev: “Rusiyanın vasitəçiliyi ilə imkan verilmədi ki, öz qələbəmizi axıra qədər yekunlaşdıraq”.

Biz Paşinyanın başını əzmişdik. Amma Rusiyanın vasitəçiliyi ilə imkan verilmədi ki, öz qələbəmizi axıra qədər yekunlaşdıraq. Hesab edirəm ki, bir neçə danışıqlardan sonra biz qərara gəlib erməni terrorçularını Xankəndindən və onun ətrafındakı ərazilərdən təmamilə qovmalıyıq. Azərbaycan orada yaşamaq istəyən ermənilərə öz təkliflərini irəli sürüb. Amma bir qazın kəsilməsinə görə hay-həşir qopardılar. Xankəndidə yaşayan ermənilərin bizim köməyimizə həmişə ehtiyacları olacaqlar. Onlar yaxşı yaşamaq istəyirlərsə, bizim konstitusiyamızı, qanunlarımızı qəbul etməlidirlər.

Onunda qeyd edim ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıq şəkildə dedi ki, Ermənistana yardım edəcəklər. Buna görə də Azərbaycan nə edəcəyini düşünməlidir. Nə edəcəyimizi cənab Prezident özü bilir. Düşünmürəm ki, biz qalan torpaqlarımızı da qısa müddətdə azad edəcəyik. Ermənistanın nazı ilə çox oynamağa dəyməz”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlı...

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Məşhur ifaçılar Olimpiadanın açılış mərasimində çıxış edə bilərlər

Ermənistan dayanmadan silahlanır... - Bu sülh prosesini durdura bilər?

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Ən çox oxunanalar