Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belqoroddan uşaqların təxliyəsinə başlanıldı

Rusiyanın Belqorod vilayətinin atəşə tutulan rayonlarından olan uşaqların ilk qrupu sağlamlıq düşərgələrində dincəlmək üçün Penzaya yola salınıb...

 

Bu barədə Belqorod qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

“Bu gün biz uşaqlarımızın ilk qrupunu Penzaya göndərdik. Qrayvoron və Şebekino şəhər dairələrindən, Belqorod rayonundan, həmçinin Belqorod şəhərindən olan oğlan və qızlar uşaq sağlamlıq düşərgələrinə istirahətə yollandılar”, - deyə o bildirib.

Qladkov vurğulayıb ki, uşaqlar və onları müşayiət edən şəxslər, o cümlədən həkimlər, müəllimlər və regional Təhsil Nazirliyinin nümayəndələri üçün ayrıca qatar ayrılıb. Səfər müddətində uşaqlar tam şəkildə isti yeməklərlə təmin olunacaqlar.

Qubernator köməyə görə Penza vilayətinin rəhbəri Oleq Melniçenkoya minnətdarlığını bildirib. “Biz razılaşdıq ki, hələlik uşaqlar üç həftə müddətinə qəbul olunacaq, lakin lazım gələrsə və valideynlər razılıq verərsə, cari tədris ilinin sonuna qədər tətil uzanacaq”, - deyə o əlavə edib.

Xatırladaq ki, Belqorod vilayətinin hakimiyyət orqanları doqquz minə yaxın uşağın digər bölgələrə təxliyə edilməsi ilə bağlı qərar verib. Buna səbəb bölgənin Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulmasıdır. Martın 22-də 1,2 min uşağın Penza, Tambov və Kaluqaya, daha sonra Stavropol diyarına yola salınması nəzərdə tutulub.(oxu.az)

Poliqon.info

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

Ən çox oxunanalar