Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belçika şirkəti “Kor ərəbin mahnısı” əsərinin mənimsənilməsini etiraf edib

Belçikanın “Muziekpublique” şirkətinin direktoru Peter Van Rompaey və şirkətin koordinatoru Kenza İsmaili şirkət adından üzr istəyiblər.

Bu barədə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Onlar bildiriblər ki, “Houcher” musiqisinin ənənəvi (folklor nümunəsi) musiqi olmadığını bilmədiklərini, əks halda onun albomda istifadəsinə görə icazə istəməli olduqlarını etiraf edərək çox üzgün olduqlarını qeyd ediblər.

Şirkət Fikrət Əmirovun vərəsələrinin məyusluğunu tamamilə başa düşürək edilən səhvləri düzəltməyə hazır olduğunu da bildirib.

Bundan əlavə, məktubda “Karin” albomunun yenidən hazırlanması zamanı “Houcher” mahnısının mütləq siyahıdan çıxarılacağı, o cümlədən adıçəkilən musiqinin Vardan Hovanissian və Emre Gültəkinə aid olmadığı, “Kor ərəbin mahnısı” orijinal adı ilə Fikrət Əmirov tərəfindən bəstələndiyi və şirkətin bununla bağlı səhv etdiklərini ictimaiyyətə çatdırmaq üçün kommunike buraxılacağı, eləcə də Şirkətin “Houcher” mahnısının bütün platformalardan silməyə hazır olduğu vurğulanıb.

Qeyd edək ki, görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin musiqisi Belçikada yaşayan Vardan Hovanissian və Emre Gültekin tərəfindən mənimsənilərək “Houcher” adı altında “Karin” musiqi albomuna daxil edilib və bir sıra platformalarda yayımlanıb.

Bununla əlaqədar, Əqli Mülkiyyət Agentliyi və Fikrət Əmirovun vərəsələri tərəfindən müəlliflik hüquqlarının pozulmasının qarşısının alınması ilə əlaqədar musiqi albomunun istehsalçısı olan Belçikanın “Muziekpublique” şirkətinə qarşı müvafiq tələblər irəli sürüblər.

Plagiatçılıqla məşğul olanlara qarşı qanunvericiliklə müəyyən edilmiş tələblərin yerinə yetirilməsi Əqli Mülkiyyət Agentliyinin və Fikrət Əmirovun vərəsələrinin ciddi nəzarətindədir. Məsələnin gedişatı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.(APA)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Ən çox oxunanalar