Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BDU-nun əqli mülkiyyət sahəsində ixtisaslaşmış məzunları Dövlət Agentliyində işlə təmin olunacaq

Bakı Dövlət Universitetinin (BDU) əqli mülkiyyət hüququ üzrə ixtisaslaşmış ilk məzunlarının hamısı Əqli Mülkiyyət Agentliyində işlə təmin olunacaq.

PİA.az xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov agentliklə BDU arasında kadr hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması mərasimində jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Belə ki, biz Bakı Dövlət Universiteti ilə birlikdə əqli mülkiyyət hüquqları üzrə ixtisaslaşmış ilk məzunların görüşündə iştirak etdik. 2021-2022-ci tədris ilində 9 məzun bu ixtisas üzrə buraxılıb. Hazırda ixtisasda 18 nəfər təhsil alır. Bütün bu məzunları biz Əqli Mülkiyyət Agentliyində işlə təmin edəcəyik".

K.İmanov bildirib ki, bugünkü tədbirdə imzalanmış ən vacib məqam birgə sıx əlaqələrin yaradılması ilə bağlıdır: "Tədris və istehsalatı bir araya gətiririk. Belə ki, Əqli Mülkiyyət Agentliyində Bakı Dövlət Universitetinin bir kafedrasının filialı yaranacaq. Həmin filial üçün bizdə hər cür şərait var. Smart siniflər, treninq mərkəzlər, zəngin elmi-metodik baza, tədris bazası bütünlüklə tələbələr üçün hazırlanıb. Biz istərdik yeni məzunlar bu işlərə qoşularaq Azərbaycana yeni uğurlar gətirsin".

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib    

Türkiyədə daha bir onlayn platformaya giriş bağlandı    

Paris-2024: Azərbaycan güləşçisi bürünc mükafat uğrunda görüşdə uduzub

Ən çox oxunanalar