Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BBC: Türkiyədə zəlzələnin yıxdığı bir çox ev təhlükəsizlik standartları uyğun tikilməyib...

Türkiyədə fevralın 6-na keçən gecə baş verən güclü zəlzələdə uçan bir çox ev təhlükəsizlik standartları olmadan tikilib...

Poliqon.info xəbər verir ki, bunu dağılmış binaların şəkillərini tədqiq edən və ekspertlərlə danışan BBC yazır.

BBC qeyd edir ki, 2018-ci ilin tikinti standartlarına əsasən, seysmik təhlükəli ərazilərdə yerləşən binaların konstruksiyalarında polad çubuqlarla möhkəmləndirilmiş yüksək keyfiyyətli betondan istifadə edilməlidir. Bundan əlavə, evlərdəki sütunlar və tirlər zəlzələlərin təsirinə tab gətirə biləcək şəkildə paylanmalıdır.

Lakin jurnalistlərin araşdırdığı fotoşəkillərdə Malatyadakı yaşayış binalarından birinin alt yarısı zəlzələ zamanı tamamilə dağılıb. BBC-nin məlumatına görə, bina 2022-ci ildə tamamlanıb və sosial şəbəkələrdə onun “son zəlzələdən qorunma qaydalarına uyğun olaraq tamamlandığını” bildirən reklamın skrinşotlarına rast gəlmək olar.

İskəndərun liman şəhərində yeni tikilmiş daha bir 16 mərtəbəli ev də böyük dərəcədə dağılıb. Binanın yan və arxa hissəsi tamamilə dağılıb, blokun yalnız bir hissəsi qalıb.

BBC-nin tədqiq etdiyi Antakyadan başqa bir görüntü doqquz mərtəbəli yaşayış komplekslərindən birində binaların çoxunun da xarabaya çevrildiyini göstərir. Eyni zamanda, son iki ev 2019-cu ildə, yəni yeni təhlükəsizlik standartları qəbul edildikdən sonra tikilib.

London Universitet Kollecində fövqəladə vəziyyətin planlaşdırılması və idarə olunması üzrə ekspert David Alexander-in sözlərinə görə, Türkiyədə zəlzələ güclü olub, lakin bu zəlzələ “yaxşı tikilmiş binaları dağıtmaq” üçün kifayət deyil.

“Əksər yerlərdə titrəmə səviyyəsi maksimumdan olub, ona görə də belə nəticəyə gələ bilərik ki, çökən minlərlə binanın demək olar ki, hamısı heç bir ağlabatan gözlənilən tikinti qaydalarına uyğun gəlmir”, deyə Aleksandr qeyd edib.

Ekspert onu da bildirib ki, 2018-ci ildə qəbul olunmuş qanunlar zəif icra olunur və köhnə tikililər nadir hallarda möhkəmləndirilir.

“Əl-Cəzirə”nin məlumatına görə isə Türkiyədə dağılan binaların əksəriyyəti 2000-ci ildən əvvəl tikilib. Kanal qeyd edir ki, 1999-cu ildə İstanbulun şərqində 17 mindən çox insanın ölümünə səbəb olan 7,4 bal gücündə zəlzələdən sonra ölkədə binaların seysmik dayanıqlığı üçün yeni tələblər qoyulub. Türkiyənin Milli Zəlzələ Strategiyasında 20-ci əsrin “nəzarətsiz urbanizasiyası”nın Türkiyə şəhərləri üçün “kritik” təhlükə yaratdığı bildirilir.

Eyni zamanda, “Əl-Cəzirə” telekanalının məlumatına görə, dağılan binaların demək olar ki, hamısı məhz həmin vaxt və uzunmüddətli risklər nəzərə alınmadan ucaldılıb.

Xatırladaq ki, fevralın 6-na keçən gecə Türkiyənin cənub-şərqində, Kahramanmaraş vilayətində 1939-cu ildən bəri ən güclü zəlzələ baş verib və zəzələnin maqnitudası 7,7 bal olub. Yeraltı təkanlar digər ölkələrin - Livan, İraq, Misir, Yunanıstan, Gürcüstan, Ermənistan və Kipr sakinləri tərəfindən hiss olunub. Zəlzələ Suriyaya da təsir edib.

Türkiyə Fövqəladə Hallar İdarəsinin (AFAD) son məlumatlarına görə, zəlzələ nəticəsində 17 mindən çox insan həlak olub, 70 mindən çox insan yaralanıb, 6444 bina dağılıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə fevralın 12-dək matəm elan edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Ən çox oxunanalar