Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden yaşına diqqət çəkməmək üçün ad gününü qeyd etməyib

ABŞ prezidenti Co Bayden ad gününü açıq qeyd etmək niyyətində deyil...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzetinin müxbiri Peter Beyker məlumat verib. Jurnalistin sözlərinə görə, bu, Ağ Evin 81 yaşlı rəhbərinin yaşına diqqət çəkmək istəməməsi ilə bağlıdır.

Barak Obamanın prezident kimi 50 illik yubileyini və ya Bill Klintonun ad günlərini ofisdə pul yığımı, konsertlər və digər hər şeylə qeyd etdiyi kimi böyük və təmtəraqlı bir bayram olmayacaq. Əslində, demək olar ki, heç nə görməyəcəksiniz. Demək istəyirəm ki, o, bu barədə açıq bir şey etməyəcək, çünki diqqəti yaşına çəkmək istəmir”, deyə Peter Beyker bildirib.

Jurnalist əlavə edib ki, Bayden administrasiyasının prezidentin yaşına diqqət yetirmək istəməməsi onun 2024-cü il seçkilərində ikinci müddətə namizədliyini irəli sürməyi planlaşdırması ilə bağlıdır. Beyker vurğulayıb ki, Ağ Ev siyasətçinin qocalığı haqqında danışmaqdan yorulub.

“Bütün sorğulara görə, bu, ən vacib məsələlərdən biridir. Baydenin 81 yaşında çox qoca olduğunu düşünən təkcə Dolnad Trampın adamları deyil, çoxları bu fikirdədir”, deyə jurnalist əlavə edib.

Qeyd edək ki, ötən gün Baydenin 81 yaşı tamam olub. 2021-ci ildən hakimiyyətdə olan siyasətçi gələn il ikinci müddətə prezidentliyə namizəd olmaq niyyətindədir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc tutulub - Yenilənib

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay