Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş Prokuror: Terrorçuluq və narkotiklə mübarizədə Türkiyə ilə əməkdaşlıq çox vacibdir

Bu fikirləri jurnalistlərə açıqlamasında prokuror Kamran Əliyev deyib...

"Terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi bu saat bəşəriyyəti ən çox narahat edən məsələlərdən biridir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası xüsusi bir coğrafi məkanda yerləşir. Buna görə, düşünürəm ki, Türkiyə ilə bu məsələdə əməkdaşlıq çox vacibdir".

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu fikirləri Naxçıvanda keçirilən Azərbaycan və Türkiyə prokurorluqlarının sərhədyanı əməkdaşlığı konfransından sonra jurnalistlərə açıqlamasında prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, keçirilən bu konfransın əhəmiyyəti çox mühümdür:

"Bu konfransın həm siyasi, həm də hüquqi əhəmiyyəti var. Çünki son zamanlar transmilli cinayətlərin çoxalması əməkdaşlığı zəruri edir. Təbii ki, əməkdaşlıq hüquq mühafizə orqanları arasında, xüsusilə prokurorluq orqanları arasında həm beynəlxalq, həm də regional səviyyədə həyata keçirilir. Bizim bugünkü konfransın məhz sərhədyanı prokurorların əməkdaşlığı mövzusuna həsr olunması mahiyyət etibarilə yeni bir müstəvidir. Yəni bu, iki qardaş dövlət arasında münasibətlərin hüquqi əməkdaşlıq sahəsinin daha da inkişaf etdirilməsi və təkmilləşdirilməsidir. Eyni zamanda, bu, ölkələr arasında yaranmış gözəl siyasi münasibət və digər sahələrdə intensiv münasibətlərin inkişafı bizim hüquq mühafizə orqanlarında da məhz bu səviyyədə, bu dərəcədə intensiv əməkdaşlığı zəruri edir".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Ən çox oxunanalar