Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Banqladeşdə hindli qətliamı: Uşaqlar öldürülür, qadınlara təcavüz edilir, məbədlər yandırılır... - Video

Banqladeşdə Şeyx Hasina hökuməti devriləndən sonra hindlilərə qarşı vəhşiliklər başlayıb...

Oxu.Az-ın verdiyi məlumata görə, sosial şəbəkələrədə bununla bağlı dəhşətli görüntülər paylaşılır.

Müxtəlif mənbələrin sözlərinə görə, 1000-dən çox insan öldürülüb.

"Cəmaat-i İslami terrorçuları hindli qadınları zorlayır və oğurlayır. Onlar hindlilərin evlərini, hətta kişi, qadın və uşaqları yandırırlar. Bu, həqiqətən də Banqladeşdəki hindlilər üçün çox pis bir dövrdür", - deyə istifadəçilərdən biri paylaşdığı qorxunc görüntüyə şərh yazıb.

Məlumata görə, bir çox yerlərdə məbədlər də vandalizm aktlarına məruz qalıb.

"The Economic Times"ın məlumatına görə, təkcə bazar günü hindlilərin evləri və məbədləri, o cümlədən "Iskcon" (Beynəlxalq Krişna Şüuru Cəmiyyəti) və Kali məbədlərinə edilən hücumda 100 nəfər ölüb.

Bildirilir ki, hindli icmalarına hücumların səbəbi yerli torpaq məsələsi ilə bağlı mübahisə olub. Eyni zamanda, hücum edənlərin icmalararası gərginliyi qızışdırmağa çalışan ekstremist qruplarla əlaqəli olduğu iddia edilir.

Xatırladaq ki, Bangladeşdə etirazlar iyun ayında başlayıb. Tələbələr dövlət vəzifələri üçün kvotaların ləğvini tələb ediblər. Avqustun 4-də iğtişaşlar kəskin şəkildə güclənib. Hökumət ölkədə komendant saatı tətbiq edib. Lakin kütləni sakitləşdirmək mümkün olmayıb. Avqustun 5-də Banqladeşin Baş naziri Şeyx Hasina istefa verib və Hindistana qaçıb. O, Britaniyadan sığınacaq almaq istəyir.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

Rusiyanın hərbi texnikası nə vaxt tükənəcək? -  Analitiklərdən məyusedici proqnoz 

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi

Ən çox oxunanalar