Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Banklar köhnə dolları manata dəyişmirlərsə, vətəndaşlar hara müraciət etməlidirlər?

Bir müddətdir, vətəndaşların köhnəlmiş dollarları manata dəyişdirməkdə çətinlik çəkmələri müzakirə olunur.

Sosial şəbəkələrdə bu problemlə üzləşən vətəndaşlar bildirirlər ki, banklar köhnə dollarları, xüsusən, 2006-cı ildən öncə tədavülə buraxılan ABŞ dollarını dəyişməkdən imtina edirlər. İddia olunur ki, üzərində möhür olan dollar əskinası da dəyişilmir.

İqtisadçı-ekspert Eldəniz Əmirov bu barədə Pravda.az-ın suallarını cavablandırıb.

Ekspert bildirib ki, bankın köhnə dolların manata dəyişdirilməsindən imtina etmək kimi səlahiyyəti yoxdur: “Ən azından imtina etmək səbəbini əsaslandırmalıdır. Belə olan halda, vətəndaş prosesin sonrakı mərhələləri üçün rəsmiyyətə, yəni rəsmi müraciətə keçməli, bankdan rəsmi cavab istəməlidir. Bank rəsmi açıqlama verməlidir ki, köhnə dolları niyə manatla dəyişmir? Bundan sonra artıq vətəndaş Mərkəzi Banka müraciət edə bilər ki, “X” bank mənə bu cavabı verib. Hüquqi prosedur budur. Qeyd edim ki, bütün bankların valyutadəyişmə hissələrində belə deyil. Köhnə dolları götürən yerlər çoxdur”.

E.Əmirov qeyd edib ki, bank köhnə dolları qəbul edib, əvəzində yenisini verməkdən imtina edə bilər: “Bu, valyuta mübadiləsi prosesi deyil. Sadəcə, əskinasların köhnə və yenilərinin dəyişdirilməsidir. Bank bundan imtina edə bilər, çünki onun belə bir öhdəliyi yoxdur”.

Poliqon.info 


Etiket: Dollar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

Rusiyanın hərbi texnikası nə vaxt tükənəcək? -  Analitiklərdən məyusedici proqnoz 

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

Ermənistanda hakim partiyanın üzvləri: Azərbaycanı divara dirəməyə hazırıq...

Ən çox oxunanalar